image-rt-reklam
image-save_20241022_212255backend

Şəhid Rəhim Hüseynova həsr olunan kitabın təqdimatı oldu – FOTOLAR

image-728x90

18- Oktyabr 2024- cu il tarixində Zərdab rayon Heydər Əliyev mərkəzində Zərdab rayon icra hakimiyyətinin təşkilatçılığı ilə şəhid Mayor Rəhim Hüseynovun əziz xatirəsinə yazıçı Sevinc Rzanın həsr etdiyi

” Qubadlıda Susan ürək ” adlı kitabının təqdimat mərasımı keçirilib. Geniş əhatəli tədbiri Zərdab rayon icra hakimiyyətinin birinci müavini Ramo Hacıyev açıq elan edərək şəhidimizin əziz xatirəsindən söz açıb. Zərdab rayon Təhsil sektorunun müdiri Gülağa İsgəndərov şəhidimizin əziz xatirəsindən söz açmaqla yanaşı kitab haqqında da danışılıb. Tədbirdə şəhid Rəhim Hüseynovun valideyinləri çıxış edərək oğlunun qəhramanlığından xatirələrindən söz açmaqla yanaşı tədbirin təşkilatçılarına və yazıçi Sevinc Rzaya təşəkkur edib. Tədbirdə Mirzə Fətəli Axundov adına Gəlmə kənd orta məktəbinin şagirdlərinin ifasında Səhidimizə həsr olunmuş şeirlər səsləndirilib . Rayon ağsaqqallar şurasının sədri Rasim Hüseynov Şəhidimizin  qəhramanlığından söz açıb .

Tədbirdə iştirak edən Rəhim Hüseynovun döyüs dostları onun cəsurluğundan yüksək insani keyfiyyətli bir zabit olmasından söz açıblar .Tədbirin sonunda söz alan

” Qubadlıda Susan ürək ” adlı kitabın müəllifi Sevinc Rza şəhid Rəhim Hüseynovun xatirəsini əbədiləşdirməyi özünə bir yazıçı kimi borc bilmeklə yanaşı Tədbirin təşgilatçılığında əziyyəti keçən rayon rəhbərliyinə, Heydər Əliyev mərkəzinin rəhbərliyinə və əməkdaşlarına, tədbirdə iştirak edən şəhid ailələrinə göstərilən diqqətə görə minnətdarlığını bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90