image-2000x150
image-1677135125648-696x465backend

Şəhid polkovnik-leytenanta həsr olunan filmin təqdimatı keçirildi

image-728x90

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Mehman Şirvanovun xatirəsinə həsr olunmuş “Qəhrəmanlar unudulmur” adlı tədbir təşkil keçirilib. Tədbir “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan İlahiyyat İnstitutunun tərəfdaşlığı ilə baş tutub.

Tədbirdə İctimai TV-nin şəhid polkovik-leytenant Mehman Şirvanova həsr olunmuş “Murovun Mehmanı” adlı filmin və yazıçı Pərvanə Mehmanqızının qələmə aldığı şəhidimizin həyat yolundan bəhs edən “Ölməz Qəhrəman” adlı kitabın təqdimatı da keçirilib.

Tədbirdə millət vəkilləri, QHT sədrləri, KİV nümayəndələri, şəhid ailələri, qazilər, institutun tələbə və müəllim heyəti iştirak edib.

Tədbir iştirakçılarını salamlayan Azərbaycan İlahiyyat İnstitutunun rektoru ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov tələbələr arasında milli ideyaların, dövlətçilik ənənələrinin, qəhrəman şəhidlərimizin təbliği istiqamətində təhsil ocağında görülən işlər barədə məlumat verib.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə çıxışında qeyd edib ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi yönündə bu kimi görüşlərin ali təhsil müəssisələrində təşkil olunmasının əsas səbəbi şəhidlərin keçdiyi döyüş yolunu və qəhrəmanlıq salnaməsini gənclərə çatdırmaqdır.

Millət vəkili Ceyhun Məmmədov şəhidlərin döyüş yolunun öyrənilməsi istiqamətində bu cür vətənpərvərliyi aşılayan sənədli filmlərin tanıdılmasının vacibliyini vurğulayıb.

Kitabın müəllifi, yazıçı Pərvanə Mehmanqızı şəhid qəhrəmanın döyüş yolunun gənc nəslimizin böyüməsində, hərbi tərbiyəsində böyük rolundan danışıb.

Tədbir filmin nümayişi ilə davam edib.

Tədbirin sonunda qəhrəmanımızın həyat yolundan bəhs edən “Ölməz Qəhrəman” adlı kitab tələbələrə hədiyyə edilib.

     

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90