image-rt-reklam
image-img_20230315_172220backend

Şəhid mayora həsr olunan “Qutsal yolçu” kitabının təqdimatı olub

image-728x90

Beynəlxalq Muğam Mərkəzində 44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri, şəhid mayor Emin Süleymanovun əziz xatirəsinə həsr olunan “Qutsal yolçu” adlı kitabın təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, publisist Şahanə Müşfiqin müəllifi olduğu kitabın təqdimatı Milli Məclisin Mədəniyyət komitəsinin təşəbbüsü, “Nəfəs” İctimai Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyinin dəstəyi ilə keçirilib.
Əvvəlcə şəhid mayor Emin Süleymanovun, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycan Dövlət Himni səsləndirilib.
Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı, şair-publisist Əkbər Qoşalı “Qutsal yolçu” kitabı haqda iştirakçılara məlumat verib. O qeyd edib ki, publisist, jurnalist Şahanə Müşfiqin müəllifliyi ilə çap edilən “Qutsal yolçu” adlı kitab 44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri, şəhid mayor Emin Süleymanovun əziz xatirəsinə həsr olunub. Kitabda E.Süleymanovun həyat yolu, 25 illik hərbi xidməti, Vətən müharibəsində keçdiyi şərəfli döyüş yolu ailəsinin, dostlarının, əsgərlərinin, döyüş yoldaşlarının xatirələri əsasında əks olunub. Həmçinin, kitabda şəhid mayor haqqında müxtəlif zamanlarda dövri-mətbuatda işıq üzü görən məqalələr, ona həsr olunmuş şeirlər də toplanıb. Qəhrəman hərbçi ömrünün şəhadətə qədərki dövrü həyatının fərqli zamanlarına aid şəkillər də kitabda öz əksini tapıb.
Əkbər Qoşalı xatırladıb ki, şəhid mayora həsr olunan kitab “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva tərəfindən nəşr olunub.
Firəngiz Balakişiyeva çıxış edərək, Vətən uğrunda canlarını fəda etmiş şəhidlər haqqında bu cür kitabların işıq üzü görməsinin çox vacib olduğunu vurğulayıb:
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva da çıxış edərək deyib: “Türkiyənin İstiqbal Marşını yazmış şair şeirlərinin birində deyir: “Ey şəhid oğlu şəhid, İstəmə məndən makber, Sənə ağuşunu açmış, Gözləyir Peyğəmbər”. Peyğəmbər əfəndimizin ağuşunu açıb gözlədiyi şəhidlərimizin qarşısında baş əyirik. “Bayraqları bayraq edən üstündəki qandır, Torpaq uğrunda ölən varsa vətəndir!” Vətən kimi oğullar doğan analar, vətən kimi oğullar yetişdirən atalar, sizin də qarşınızda baş əyirik. Qazilərimizə, müharibə iştirakçılarına da bildirmək istəyirəm ki, sizin fədakarlıqlarınızı heç bir zaman unutmayacağıq. Bu gün hamımız şəhid mayor Emin Süleymanovun işığına toplaşmışıq. Bu, əslində hamımızın bir vəfa borcudur. Bu cür tədbirlərin keçirilməsi çox vacibdir. Bununla biz gənc nəslə şəhidlik məqamının necə uca olduğunu bir daha göstərmiş oluruq. Sonda şəhid qardaşımıza həsr olunan “Qutsal yolçu” kitabının ərsəyə gəlməsində iştirak edən gənc yazar, jurnalist Şahanə Müşfiqə, “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyevaya, Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin sədri İntiqam Yaşara öz təşəkkürümü bildirirəm”.
Tədbirdə Əməkdar artist Nuriyyə Hüseynova musiqisi özünəməxsus “Yaşa, yaşa, min yaşa Azərbaycan!” adlı mahnısını ifa edib. Bəstəkar Fərahim Sadiqini “Əsgərnamə” elejiyası isə iştirakcıların böyük alqışları ilə qarşılanmışdır.
Şəhid mayor Emin Süleymanovun ailəsi “Qutsal yolçu” kitabının ərsəyə gəlməsində əməyi olan hər kəsə öz təşəkkürünü bildirib.image-img-20230315-wa0055

image-img-20230315-wa0054

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90