image-rt-reklam
image-img-20240825-wa0032backend

Şəhər günün mübarək – gözəl Laçın

image-728x90

2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsindəki Şanlı Qələbə nəticəsində 30 il həsrətində qaldığımız, yalnız xəyallarımızda yer alan vətən torpaqları işğaldan azad edildi, ruhumuzun və mədəniyyətimizin paytaxtı olan Şuşada üç rəngli bayrağımız ucaldıldı. Dünya Azərbaycan ordusunun gücünə şahid oldu. Ərazi bütövlüyümüzün bərpa olunacağının hər zaman vurğulayan Prezident İlham Əliyev Prezident xalqa verdiyi sözü gerçəyə çevirdi.

Prezident İlham Əliyevin 44 günlük savaş dövründə və ondan sonra yürütdüyü mükəmməl xarici siyasət qalib ordunun uğurlarına möhtəşəm möhür vurdu.
Məhz Prezidenti İlham Əliyevin diplomatik zəfərinin nəticəsində Kəlbəcər, Laçın və Ağdam kimi strateji əhəmiyyətə malik rayonlarımız bir güllə atılmadan azad edildi. Bu gün bütün təqvimimizə işğal günlərini zəfər günləri əvəzləyib və tarixi ərazilərimizin azad olunması günü təmtəraqla qeyd edirik.
2023-cü il Avqustun 26-da Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram şənliyi bu tədbirlərin başlanğıcı idi. Bir zamanlar Taxtakörpüdə doğum günündə məcburi köçkünlərlə görüşən Prezident İlham Əliyev bu gün Müzəffər Ali Baş Komandan kimi Laçın şəhərində öz evlərində məskunlaşmış laçınlılar qarşısında çıxış edir, hər birimiz qürurlu anlar yaşayırıq. Ölkəmizin başçısı yenidən azad olunmuş ərazilərimizdə, xalqın önündədir.
Prezidentin bütün səfərlərində olduğu kimi, ötən il avqustun 26-da Laçına səfəri zamanı da bir çox mühüm obyektlərin açılışı və təməlqoyma mərasimi bu torpaqların əzəli sakinlərinə bayram ovqatı yaşadır. İşğal dövründə düşmənin xarabalığa çevrirdiyi Laçın və bütövlükdə Şərqi Zəngəzurda möhtəşəm quruculuq işləri aparılır. Hazırda Laçın Beynəlxalq Hava Limanının tikintisi sürətlə davam edir, mehmanxana kompleksinin tikintisi davam edir. 2023-cü il avqustun 25-də Laçın rayon 2 nömrəli tam orta məktəbinnin, mebel fabrikinin, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, “Həkəri Balıq Təsərrüfatı”nın, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışı keçirilib.
Laçında 620-i fərdi yaşayış binası və 144 mənzilli 9 çoxmənzilli bina olmaqla 700 bina inşa edilib və bu işlər davam edir. 2023-cü il 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına başlanılıb. Artıq Laçın şəhəri 552 ailəyə qucaq açıb və 2031 laçınlının yurd həsrəti bitib. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.
2023-cü il avqustun 26-da Prezidentin Laçına səfəri zamanı sakinlər qarşısında çıxışında verdiyi siyasi mesajlar da bir çox baxımdan mühüm əhəmiyyət kəsb etdi. Ölkəmizin başçısı müharibədən sonra Azərbaycanın güclənən mövqeyini ifadə edərək bildirdi ki, heç kim bizim iradəmizə təsir edə bilməz.
Bu gün dünya Azərbaycan həqiqətlərini qəbul etmək məcburiyətindədir, bu həqiqətlər beynəlxalq hüquqa söykənir və ölkəmiz həm döyüş meydanında, həm siyasi müstəvidə bunu diktə edərək gücünü göstərib. Ermənistan və onu məhvə sürükləmək istəyən havadarları bu gerçəyi anlamalıdırlar.
Prezident İlham Əliyevin 2023-cü il avqustun 26-da Laçına səfəri Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də hərbi qüdrətinin növbəti nümayişi kimi yadda qaldı. Səfər zamanı sakinlərlə səmimi ünsiyyət və xalq sevgisi Azərbaycan liderinin dövlətimizin yüksəlişinin yenilməz təminatçısı olduğunu bir daha sübut etdi.

Günel Aslanlı AMEA A.A.Bakıxanov adına Tarix Institutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90