image-2000x150
image-1backend

“Seçkinin nəticəsi xalqın öz liderinin yanında olmasının sübutudur”

image-728x90

Məlum olduğu kimi, 7 fevral prezident seçkiləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin qələbəsi ilə başa çatıb. Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Bəli, seçkilər başa çatdı. Azərbaycan xalqı növbəti yeddi il üçün taleyini artıq sınanmış Liderə həvalə etdi. Fəaliyyətdə olan dövlət başçısı İlham Əliyev mükəmməl qələbə qazandı. Bu möhtəşəm qələbə münasibətilə cənab Prezidenti, xalqımızı, ümumiyyətlə dünya azərbaycanlılarını təbrik edirəm, əmin-amanlıq, rifah arzulayıram. Bu ilki, seçkilərin özünəməxsus xüsusiyyətlərindən biri odur ki, vətəndaş fəallığı ən yüksək səviyyədə idi. Seçki prosesi əvvəldən axıra qədər demokratik, milli qanunvericiliyə və beynəlxalq standartlara uyğun şəkildə keçirildi. Bütün namizədlərə bərabər şərait yaradılmış, təbliğat-təşviqat işləri aparmaq üçün hansısa süni maneçiliklər törədilməmişdi. Həm xarici, həm də daxili müşahidəçilər tərəfindən qanun pozuntuları qeydə alınmamışdır.

Bilirsiniz, seçki nəticədir. Əsas məsələ, namizədin şəxsiyyəti, nüfuzu, seçkiyə qədər keçdiyi həyat yolu, əldə etdiyi uğurlardır. Bu baxımdan, İlham Əliyevə alternativ kimsə ola bilməzdi. Hər şey gözlənildiyi kimi məntiqi sonluqla yekunlaşdı. Başqa cür ola bilməzdi. İki yüz il itirdiklərimizi, cəmi 44 günə geri qaytaran, xalqına qalib statusu qazandırmış Lider, layiqli qiymətini almalıydı. İyirmi illik zəhmət öz bəhrəsini verdi. Milyonlarla insan seçki məntəqələrinə gələrək, Müzəffər Ali Baş Komandana vəfa borcunu qaytardı.

Bir məsələni də məxsusi qeyd etmək istərdim. Torpaqlarımız işğaldan azad olunandan, ələlxüsus, Xankəndinə üçrəngli bayrağımız sancılandan sonra ölkəmizə qarşı bəzi qüvvələr tərəfindən təzyiqlər artmışdır. Ona görə də, bu gün dünyaya nümayiş etdirilən milli birlik son dərəcə əhəmiyyətlidir. Milli birlik, güclü mandat deməkdir. Həmin qüvvələrə ötürülmüş güclü mesajdır. Xalqın öz liderinin arxasında olmasının sübutudur. Nəticə etibarilə, Liderin Azərbaycanın dövlət və milli maraqlarının, beynəlxalq müstəvidə daha effektiv müdafiə etməsi deməkdir.

Daxildə isə, ictimai-siyasi sabitlik, iqtisadi inkişaf, sosial və infrastruktur layihələrin icrası, güclü ordu quruculuğu, “Böyük Qayıdışın” təminatı və s. deməkdir. Bu gün əsl bayramdır. Bir daha təbriklər.

Yaşasın qalib xalq, Yaşasın qalib Lider”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90