image-rt-reklam
image-646491cc329aebackend

“Seçkilərin 1-ci turu 2-ci turun taleyini həll edib”-  Cavanşir Feyziyev

image-728x90

Azərbaycanın millət vəkili Cavanşir Feyziyev Türkiyədə keçirilən 14 may perzident və parlament seçkilərilə bağlı TRT “Türkiyənin səsi” radiosu və TRT/Azerbaycan saytının suallarına cavab verib.

– Azərbaycandan gələn nümayəndə heyətinin tərkibində Türkiyədə keçirilən 14 may seçkilərini izlədiniz. Bu seçkiləri necə dəyərləndirirsiniz?

– Türkiyədə seçkilərin keçirilməsi ilə bağlı qərar qəbul olunduqdan sonra bütün Azərbaycan xalqı və o cümlədən mən seçkilərə hazırlıq prosesini diqqətlə izləməyə başladıq. Seçkilərdən öncəki bir həftə ərzində və seçkilər günü TDT Müşahidə Missiyasının tərkibində bütün prosesləri daha yaxından izləmək imkanım oldu.

Bütün siyasi partiyaların seçkiqabağı bərabər hüquqlar əsasında təbliğat-təşviqat kampaniyası aparmaq imkanı dövlət tərəfindən tam şəkildə təmin edilmişdi. Seçkidən əvvəl və seçki günü görüşdüyüm bütün siyasi partiyaların təmsilçiləri tam demokratik şəraitin yaradılmasına və təhlükəsizliyin tam təminatına görə dövlətdən və AKP-MHP hökümətindən razı qaldıqlarını bildirirdilər. Səsvermə məntəqələrində rəqib partiyaların təmsilçiləri arasında səmimi və mehriban dialoq məni xüsusilə sevindirdi. Bütün bunlar Türkiyə siyasi həyatında demokratiya və insan haqları təminatının ən yüksək səviyyədə olduğunun göstəricisidir.

Səsvermə, səslərin sayımı və nəticələrin elan olunması prosesləri də Türkiyə demokratiyasının bütün Avropaya nümunə olduğunu bir daha təsdiq etdi. Baş verənlər Türkiyəni avtoritar dövlət, mətbuat azadlığı və insan haqlarının pozulduğu ölkə kimi təqdim etməyə çalışanlara tutarlı cavab oldu.

Son illər davamlı olaraq Türkiyəyə qarşı əsassız və qərəzli iradlar səsləndirən Qərb siyasətçiləri Türkiyə tərəfindən aparılan açıq və şəffaf siyasi rəqabətdə cənab Rəcəb Tayyib Ərdoğana böyük xal hesabı ilə uduzdular. Qərbin yalan və şantaja əsaslanan aqressiv anti-türk təbliğatı, ölkə daxilində siyasi hakimiyyətə yiyələnmək xatirinə Avropa və Amerikaya xidmət etməyə hazır olan qüvvələrin canfəşanlığı Türkiyə xalqını öz milli yolundan və seçim prioritetlərindən sapdıra bilmədi. Xalq milli təhlükəsizliyə, Türkiyənin inkişafına və milli maraqların məhz Ərdoğan yanaşması əsasında qorunmasına səs verdi.

– Seçkilərin ikinci tura keçməsi ilə bağlı münasibətiniz necədir?

– Düşünürəm ki, 14 may seçkiləri Türkiyə qarşısında duran suallara kifayət qədər aydınlıq gətirdi. Parlament və prezident seçkilərində AKP-MHP koalisiyasının əldə etdiyi üstünlüklər 2-ci turun taleyinin həll olunduğunu göstərir. 28 may seçimlərində R.T.Ərdoğanın qalib gələcəyinə heç bir şübhəm yoxdur.

– Azərbaycanda bu seçkiyə niyə bu qədər maraq var?

– Qardaş Türkiyədə baş verən bütün proseslərə Azərbaycanda xüsusi həssaslıqla yanaşılır. Çünki burada hər kəs Türkiyəni öz ikinci vətəni hesab edir. Millət, Vətən və Dövlət anlayışları Azərbaycanda da Türkiyədə olduğu kimi, hər bir vətəndaş üçün ilk prioritetlərdir. “Tək millət, iki dövlət” həssaslığı ilə yaşayan xalq qardaş ölkədə baş verən hadisələrə, xüsusilə bütün türk dünyasının gələcəyi ilə bağlı olan bu seçkilər kimi vacib siyasi hadisəyə biganə qala bilməz.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90