image-rt-reklam
image-endirme-2backend

“Seçki nəticələri Qafqazda nələri dəyişə bilər?” – Mövlud Çavuşoğlu açıqladı -VİDEO

image-728x90

“Prezidenti İlham Əliyevin növbədənkənar prezident seçkilərində yenidən dövlət başçısı seçilməsi, Azərbaycanın təhlükəsizliyi və sabitliyi baxımından çox önəmlidir”.

Ulusal.az xəbər verir ki, bunu AzTV-nin birbaşa bağlantısında Türkiyənin keçmiş xarici işlər naziri, bu ölkənin parlamentinin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, bu seçkilər Cənubi Qafqaz, Azərbaycan-Türkiyə və Türk dünyasının gələcəyi baxımından önəmlidir: “Sadəcə, Azərbaycan üçün deyil, Türk dünyası üçün də seçim oldu. Azərbaycan xalqına və Türkiyə-Azərbaycan əlaqələrinın gələcəyinə görə də xoşbəxtik”.

Mövlud Çavuşoğlu fevralın 7-də baş tutan növbədənkənar prezident seçkiləri Azərbaycan üçün tarixi seçim oldu: “Çünki 30 ildən sonra Azərbaycanın bütün ərazilərində xalq səs verdi. Azərbaycan xalqı Qarabağ zəfərindən sonra böyük xidmətləri olan İlham Əliyevə müxtəlif vasitələrlə təşəkkürünü ifadə etmişdi, bir də seçki qutusunda səs verərək təşəkkürünü göstərmək istədi”.

Keçiddə bu barədə daha ətraflı məlumat əldə edə bilərsiniz:

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90