Newscenter.azxəbər verir ki, Susana Məmmədovanın rayon mərkəzində yerləşən Seçki Qərargahına təşrif buyuran Neftçala sakinləri namizədin seçki platforması ilə tanış olur, deputat seçiləcəyi təqdirdə Neftçala üçün hansı işlər görəcəyi ilə maraqlanırlar.
Keçirilən görüşlərdə Neftçala sakinləri yeni yanaşmalara, yeniliklərə tərəfdar olduqlarını ifadə edir, Neftçala, neftçalalılar üçün çalışacaq, seçicilərin səsini eşidəcək, onların yanında olacaq deputata ehtiyac duyduqlarını bildirirlər.
Deputatlığa namizəd Susana Məmmədova da öz növbəsində ona etimad göstərib deputat seçəcəkləri təqdirdə hər bir seçinin əli çatan, səsi eşidilən bir millət vəkili olacağını diqqətə çatdırıb. Bildirib ki, seçki platformasında bütün istiqamətlər üzrə fəaliyyət nəzərdə tutulub və seçicilər ona etimad göstərəcəyi təqdirdə platformasında yer alan məsələlərin mərhələli şəkildə həllinə nail olacaq.
Susana Məmmədova hər bir seçicinin səsvermə günü fəal olmasını vacib sayıb.