image-rt-reklam
image-img-20250219-wa0066backend

Səbinə Xasayeva Lökbatan qəsəbəsində vətəndaşları qəbul edib

image-728x90

Yanvarın 19-da 11 saylı Binəqədi-Qaradağ seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva Qaradağ rayonunun Lökbatan qəsəbəsində Yeni Azərbaycan Partiyasının inzibatı binasında seçiciləri ilə növbəti görüşünü keçirib.

Qəbula gələnlər işə qəbul olunmalarına, işsizliyə görə ünvanlı dövlət sosial yardım(ÜDSY) almaq hüququnun təyin edilməsinə, özünüməşğulluq proqramı  çərçivəsində  təşkil edilən  peşə kursuna cəlb edilmələrinə, vətəndaşların hüquqlrının pozulmasının qarşısının alınmasına, qanunlara ciddi əməl edilməsinə nəzarətin gücləndirilməsinə, şəxsi problemlərinin həll edilməsi üçün  maddi yardım verilməsinə və digər problemlərinin aradan qaldırılmasına köməklik göstərilməsini xahiş ediblər.
Qəbul zamanı vətəndaşların səsləndirdikləri təklif və şikayətlər araşdırılması və həll edilməsi üçün qeydə alınıb, seçiciləri maraqlandıran suallar cavablandırılıb və onlara lazımi tövsiyələr verilib.
Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə Xasayeva tərəfindən  nəzarətə götürülüb.
Seçicilər görüşdən məmnuqlarını ifadə ediblər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90