Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan aktiv siyasətə qayıtmağa hazırlaşır.
Bu barədə “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edir ki, Sarkisyanın aktiv şəkildə siyasi təmaslar keçirir.
“Bəziləri onun qarşıdakı siyasi proseslərdə daha da aktivləşəcəyini deyir, bəziləri isə bundan təəccüblənmədiyini, onun daim aktiv olduğunu bildirir. Lakin dünən əldə etdiyimiz məlumata görə, Sarkisyanın Rusiyaya qısamüddətli səfəri olub. O, Moskvada yaşayan bir qrup biznesmen erməni ilə görüşüb. Qarşıdan gələn fövqəladə siyasi prosesləri və mümkün aktivləşməsi ilə bağlı onların əhval-ruhiyyəsini yoxlayıb. Sarkisyanın yeni simalar irəli sürəcəyi gözlənilir”, – nəşr yazır.