image-rt-reklam
image-1backend

Sarkisyan erməniləri müharibəyə hazırlaşmağa çağırdı: Yenidən qələbə qazanmalıyıq

image-728x90

Ermənistanın üçüncü prezidenti, Xocalı qatili Serj Sarkisyan Qarabağda separatçı hərəkatın başlamasının 37-ci ildönümü münasibətilə müraciət yayıb.

Ulusal.az xəbər verir ki, Sarkisyan erməniləri indiki hakimiyyətin ideologiyasını rədd etməyə, müharibəyə hazırlaşamağa çağırıb.

Sarkisyan yazır: “Yaddaş bizim gücümüzdür, Yaddaş bizim irəlilədikcə bələdçimizdir, Yaddaş hərəkət etmək iradəmizdir. Yaddaşını gec-tez itirən xalq gələcəyini də itirir”.

Xocalı qatili ermənilərin gələcəyə gedən yolda əsas məqamlarını da vurğulayıb:

• dövlət və vətən haqqında yalan və təhlükəli tezisləri qəbul etməmək,

• biganəliyi rədd etmək

• qorxulara qalib gəlmək,

• sayıqlığı itirməmək,

• təhlükələrin dəqiq hesablanması,

• yenidən qələbə qazanmaq.

Bu çağırışdan aydın olur ki, Sarkisyan tökdüyü qandan doymayıb və cəzasız qalacağını güman edir. Görünür Xocalı qatilinin könlündən Bakı həbsxanası keçir. Onun mütləq arzusuna çatdırmaq lazımdır.Publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90