AVMVİB-in Fəxri üzvü, bəstəkar Fərahim Sadiqin təşəbbüsü Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) təşkilatçılığı ilə“Sarıqamış” hərakatının 108-ci ili ilə əlaqədar «Gəncliyə Yardım Fondu»nda tədbir keçirilib.
Tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan və Türkiyənin Dövlət Himləri səsləndirilib. Tədbirin açlışın edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev iştirakçıları salamlayaraq hər birinə təşəkkür edib.
Daha sonra iki ölkə arasında qardaşlıq əlaqələrindən söz açaraq bildirib ki, bu əlaqələr böyük tarixə malikdir. Sədr qeyd edib ki, biz dost ölkə olmaqla yanaşı, keçmişi, gələcəyi, dini, dili, soyu bir olan millətik.
Füzuli Rzaquliyev “Bir millət, iki dövlət: Azərbaycan-Türkiyə qardaşlığı əbədidir” şüarını səsləndirib.
Bəstəkar Fərahim Sadiqi tədbir haqqında iştirakçılara geniş məlumat verib.
Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı, Azərbaycanın tanınmış hərbi diktor, hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı , Şəhid Ailələrinə «Qayğı» cəmiyyətinin sədri Müşfiq Əliyev ,nasir, publisist, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əkbər Qoşalı, AVMVİB sədrinin müavini Vahid Abdurəhmanov, Əməkdar artist Fərqanə Qasımova,Qarabağ Qaziləri ictimai birliyinin mətbuat xidmətinin rəhbəri qazi Rey Kərimoğlu , AVMVİB NTK sədri Niyazi Quliyev, Şairə-publisist, AYB-nin və AJB-nin üzvü Nəsibə İsrafilqızı, AVMVİB rayon şöbələrinin sədrləri və üzvləri, Türkiyə vətəndaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəmistan Əlizamanlı Azərbaycan Türkiyə mahnısını, AVMVİB-in Fəxri üzvü, Vətənpərvər mahnıların bəstəçisi bəstəkar Fərahim Sadiq və AVMVİB Zəngilan rayon şöbəsinin birlikdə hazırladığı “Əsgərnamə” elegiyasını ifa ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı bildirib ki, 1915-ci il yanvarın ilk günləri yaşam dövründə zəfərləri qədər faciələri də çox olan Osmanlı tarixinin bu günündə səhifəsinə tayı-bərabəri olmayan, tükürpədici faciə yazdı: Sarıqamış faciəsi. Bir güllə atılmadan belə məğlubiyyətlə sonuclanan savaşın şahidləri və şəhidləri buz heykəllər oldu. Elə bir faciə ki, sonucu Türkiyə ilə yanaşı Azərbaycanı da sardı.
Tədbirdə “Sarıqamış” şəhidlərinə həsr olunmuş «Elegiya» filimi nümayiş olunub. Şəmistan Əlizamanlı Azərbaycan Türkiyə mahnısını, AVMVİB-in Fəxri üzvü, Vətənpərvər mahnıların bəstəçisi bəstəkar Fərahim Sadiq və AVMVİB Zəngilan rayon şöbəsinin birlikdə hazırladığı “Əsgərnamə” elegiyasını ifa ediblər. Sonda bir qrup tədbir iştirakçısına Fəxri Fərmanlar təqdim edilib.