image-rt-reklam
image-img-20241026-wa0005backend

“Sarıkaya sağlamlıq turizminin mərkəzi olacaq ” – Osman Gözə

image-728x90

Azərbaycandan və Özbəkistandan olan media nümayəndələrinin Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan Turizmin Təbliği və İnkişaf Etdirilməsi Fondunun təşkilatçılığı ilə qardaş Türkiyəyə səfəri çərçivəsində Yozqata bağlı olan Sarıkayada olduq.

Sarıkayada olarkən rəsmi şəxslər tərəfindən qarşılandıq. Bu  şəhərə səfərimizin ilk günü qədim Roma hamamına baş çəkdik. Sarıkaya bələdiyyə başkanı və Sarıkaya valisi bizi bu qədim tarixi abidə ilə tanış etdi.

“Bu Türkiyədə olan ən qədim tarixi abidələrdən biridir.” bu fikirləri Ulusal.az saytına açıqlamasında Sarıkaya Bələdiyyə Başçısı Osman Gözə bildirdi .

image-img-20241026-wa0005

Bələdiyyə başkanı qeyd etdi ki, İki min illik tarixi olan indiki Roma hamamı dövlət tərəfindən qorunur.

image-img_20241023_180531

“Romalılar tərəfindən iki min il əvvəl tikilən Roma hamamı daha sonra Bizans dövründə, daha sonra isə Səlcuqlular dövründə bərpa edilib. İki min ildir günümüzə qədər gəlib çatan Roma hamamları biri İngiltərədə, digəri isə Yozgatın Sarıkaya rayonunda olmaqla dünyada iki tarixi Roma hamamıdır. Buradan axa su bir çox xəstəliklərə şəfa verir. Məhz bu səbəbdən insanlar bu sudan istifadə edir. Bu su revmatizm və dəri üçün çox şəfalıdır. Oynaq ağrıları və revmatik ağrıları olanlar burada mütləq şəfa tapacaqlar. Roma dövründə tikilməsində məqsəd bu idi. Bu gün biz də turizmin inkişafına öz töhfəmizi vermək istəyirik. Yaxın zamanlarda Sarıkaya turizmin beşiyinə çevriləcək. Bir sözlə Sarıkaya sağlamlıq turizminin mərkəzi olacaq “. – deyə Sarıkaya Bələdiyyə Başçısı Osman Gözə bildirib .

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90