image-rt-reklam
image-1backend

Şanlıurfa şəhərində muzeylər qapılarını yenidən ziyarətçilərin üzünə açmağa başlayıb

image-728x90

Keçən il Türkiyənin Şanlıurfa şəhərində sel fəlakətindən zərər çəkən Şanlıurfa Arxeologiya Muzeyi və Haleplibahçe Mozaika Muzeyi təmirat işlərindən sonra qapılarını ziyarətçilərin üzünə açmağa başlayıb.

Muzeylərdə aparılan işlərlə bağlı məlumat alan Şanlıurfa valisi Həsən Şıldak 11 aylıq müddət ərzində aparılan bütün işlərin tarixi əsərlərə zərər vermədən həssasyıqla aparıldığını və fevralın 15-dən etibarən muzeylərin yenidən ziyarətçilərə açıldığını bildirib.

2015-ci ildə açılan və 60 min kvadratmetr sahədə inşa edilən muzeydə Göbeklitəpə və ‘Tarixin Sıfır Nöqtəsi’ olaraq da bilinən Karahantəpə kimi dünyaca məşhur qazıntılarda tapılan əsərlər də sərgilənir.

Muzeydə ilk dəfə sərgilənən əsərlər arasında 2023-cü ildə Karahantəpə qazıntı sahəsindən tapılan insan heykəli də var. Bildirilir ki, bu əsər dünyada neolit ​​dövrü tarixşünaslığı üçün böyük əhəmiyyət kəsb edir.

2023-cü ildə Adıyaman və Şanlıurfa vilayətlərində müşahidə olunan leysan bölgədəki çayın daşmasına, Adıyamanın Tut və Malatyanın Doğanşehir rayonlarında daşqınlara səbəb olub.

Türkiyenin ən böyük muzey sahəsi olan Şanlıurfa Arxeologiya Muzeyi və Haleplibahçe Mozaika Muzeyi bu fəlakətdə zərər görüb.

Arxeologiya muzeyinin zirzəmisində olan 10 min əsər su altında qalıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90