Sankt-Peterburqda tikinti meydançalarında profilaktik reyd zamanı 98 miqrant polisə aparılıb.
Rusiya mətbuatı xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin regional baş idarəsindən bildirilib.
Məlum olub ki, 48 miqrant başqa təşkilatlarda işlə təmin olunduğu halda, tikinti sahələrində qanunsuz işləyib. Miqrasiya xidməti onların iş icazəsinin ləğv edilməsi məsələsi ilə məşğuldur.