image-rt-reklam
image-1backend

Sanksiyanın fəsadı: Qərb Rusiyanın bu məhsuluna tamarzı qalıb

image-728x90

ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı öz sanksiyalarına görə balıq bazarında problemlərlə üzləşib.

Publika.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

Nəşrin yazdığına görə, Vaşinqton Rusiyadan balıq və dəniz məhsullarının idxalını qadağan etdikdən sonra Amerika bazarı “krab böhranı”, həmçinin qızılbalıq, treska və pollok qıtlığı ilə üzləşib.

Ümumrusiya Balıqçılıq Müəssisələri, Sahibkarlar və İxracatçılar Assosiasiyasının (VARPE) prezidenti German Zverev deyib ki, ABŞ hökumətinin qərarından ağrılı şoku rus balıqçıları deyil, Amerika istehlakçıları hiss edəcəklər.

Üstəlik, AB-də ovların azalması və ticarət məhdudiyyətlərinin tətbiqi səbəbindən treska qıtlığı da yaşanır. Rusiya balıqlarının idxalına qoyulan qadağa Böyük Britaniyada treska balığının bahalaşmasına səbəb olub və istehlakçıların narahatlığı artıb.

Pollokun çox məşhur olduğu Almaniyada sentyabr ayında Rusiya balıqlarının tədarükü sanksiyalara məruz qalsa, qiymətlərin də kəskin qalxacağı gözlənilir. Agentlik qeyd edib ki, pollok olmadan almanlar gündəlik 5,2 milyon ədəd yedikləri balıq çubuqlarından imtina etməli olacaqlar.

“Biz çox böyük qiymət artımı təhlükəsi ilə üzləşirik. Alman bazarı Rusiyadan gələn balıqlardan asılıdır”, – deyə Alman Balıqçılıq Sənayesi və Topdansatış Ticarəti Federal Assosiasiyasının idarəedici direktoru Steffen Meier bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90