Qondarma rejimin Təhlükəsizlik Şurasının keçmiş katibi, “Vahid Vətən” partiyasının sədri Samvel Babayan Qarabağdan qaçıb. Ulusal.az xəbər verir ki, Babayanın Qarabağdan necə və hansı yolla qaçması sual doğurur. Onun Qarabağda olmamasını özü 24News telekanalına bildirib. Babayan bildirib ki, o bir neçə gündür Ermənistandadır.
“Artıq Ermənistandayam, yenə İrəvandayam”, – bildirib.
Erməni sosial şəbəkə istifadəçiləri isə Babayanın qadın paltarında İrəvana qaçdığını qeyd edib.
Yəqin ki, onun İrəvana necə qaçması aydınlaşacaq.





















