image-rt-reklam
image-1backend

Samirə Mustafayeva AzTV-dən ayrıldı

image-728x90

Tanınmış teleaparıcı Samirə Mustafayeva AzTV-dən ayrılıb.

Ulusal.az bildirir ki, teleaparıcı azxeber.com-a açıqlamasında öz istəyi ilə işdən ayrıldığını deyib:

“Bu il mənim üçün xüsusi ildir. Çünki, qızım orta təhsilini bitirib və artıq xaricdə təhsilə hazirlaşır. Universitet seçimi, yerləşmə bunlar hamısı hazırda önəmlidi və zamanımı daha çox bu işlərə ayırdığımdan tez-tez xaricə səfərim olur. Eyni zamanda artıq 1 ilə yaxındır TV ilə paralel olaraq çalışdığım digər şirkətin xaricdə keçirilən layihələrinə qatılıram.

Teleaparıcı vaxt qıtlığına görə işdən ayrıldığını deyib:
“Hər gün canlı efir olduğu üçün mütəmadi olaraq işdən icazə ala bilmirdim. Çalışdığım doğma AZTV-dən isə ayrılmaq mənə mənən çox çətin oldu. Çünki peşəkar komanda və hər zaman diqqət və qayğısını işçidən əskik etməyən sədrin rəhbərliyi ilə çalışmışam”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90