image-rt-reklam
image-cf334cefee726036b83a89567aca5541_untitled-1backend

Saleh Məmmədov vəzifədən azad edilir – Onu əvəz edəcək şəxsin adı bilindi

image-728x90

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun vəzifəsindən azad ediləcəyi gözlənilir.

Ulusal.az “qaynarinfo”-ya istinadən xəbər verir ki, məlumata görə, 67 yaşlı sədrin yaxın vaxtlarda təqaüdə göndəriləcəyi deyilir.

Artıq Saleh Məmmədovun rəhbərlik etdiyi qurumda təhfil-təslim işlərinə başlanıldığı, qurumun aparatında və tabeli müəsissələrində yoxlamalar keçirildiyi bildirilir.

Fevral ayında Agentliyin İdarə Heyətinin üzvlərinin sayı 3-dən 4-ə, o cümlədən Prezidentin vəzifəyə təyin və vəzifədən azad etdiyi İH sədrinin müavinlərinin sayı 2-dən 3-ə çatdırılıb.

Fevralda həmçinin 1981-ci ildə Bakı şəhərində anadan olmuş Əli Sabir oğlu Hacıyev AAYDA İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub. O, 2019-2024-cü illərdə İqtisadiyyat Nazirliyində Dövlət investisiyaları şöbəsinin müdiri, 2024-cü ildə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində İnvestisiya Baş İdarəsinin rəisi vəzifələrində çalışıb. Ehtimal edilir ki, yaxın vaxtlarda Saleh Məmmədovu sözügedən vəzifədə Əli Hacıyev əvəzləyəcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90