“Sahramanyanın İrəvandakı mitinqdə səsləndirdiyi “Dağlıq Qarabağ respublikası ləğv olunmayıb” kimi sərsəm açıqlaması bir daha ermənilərin necə yalançı və saxtakar millət olduğunu sübut etdi”.
Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.
Deputat qeyd edib ki, ermənilər heç bir zaman verdikləri sözə və imzaladıqları rəsmi sənətə hörmət etməyiblər:
“Sahramanyanın İrəvandakı mitinqdə səsləndirdiyi fikirlər ermənilərin hər zaman ikiüzlü və riyakar siyasət yeritdiyini bir daha göstərdi. 44 günlük Vətən Müharibəsindən əvvəl və sonra da Ermənistan daim atəşkəsi pozaraq müxtəlif təxribatlara əl atıb. Azərbaycan keçən 3 il ərzində üçtərəfli Bəyannamənin bütün bəndlərinə uyğun olaraq, öz üzərinə düşən öhdəlikləri yerinə yetirib. Ermənistan isə hər dəfə müxtəlif bəhanələrlə üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırıb. Bilirsiniz ki, 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanatın 4-cü bəndinə əsasən Ermənistan silahlı qüvvələri Qarabağ ərazisindən çıxarılmalı idi. 3 il ərzində Azərbaycan tərəfindən edilən xəbərdarlıqlara məhəl qoymayan separatçılar öz təxribatlarına davam etdirdi. Bu təxribatlar təbii ki, ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı təhdid yaradırdı. Nəticədə də ordumuz növbəti dəfə Qarabağda birgünlük lokal antiterror əməliyyatı keçirərək erməni hərbi birləşmələrini diz çökdürdü”.
Deputat vurğulayıb ki, ermənilərdən fərqli olaraq Azərbaycan heç bir zaman uşaqları, qadınları və mülkü vətəndaşları hədəf seçməyib:
“Biz hər zaman mübarizəmizi hərb meydanında aparıb, zəfərimizi qazanmışıq. Ermənilər kimi qadınların, uşaqların və mülki vətəndaşların arxasında gizlənməmişik. Bu baxımdan da Samvel Şahmaryanın İrəvanda keçirilən mitinqdə səsləndirdiyi fikirlər sərsəm açıqlamadan başqa bir şey deyil. Şahramanyan mitinqdə səsləndirdiyi sərsəm bəyanatına görə cinayət məsuliyyətinə cəlb edilməlidir”.