image-rt-reklam
image-1backend

ŞAHRAMANYAN BAKI İLƏ DANIŞIR, YA YOX?… – Ermənilərin “satqın axtarışı” davam edir

image-728x90

Erməni cəmiyyətində və siyasi isteblişmentində “satqın axtarışı” davam edir. Son günlər vaxtilə Qarabağda mövcud olmuş qondarma separatçı qurumun son “prezidenti” Samvel Şahramanyanın Bakı ilə tez-tez əlaqə qurması, eləcə də hazırda Azərbaycan təcridxanasında olan qondarma rejimin “rəhbərləri” ilə telefonda danışması barədə iddialar səsləndirilir.

İlk olaraq qondarma qurumun sabiq “təhlükəsizlik şurası katibi” Samvel Babayan “özünü buraxmış” “prezident” Samvel Şahramanyanın Azərbaycan hakimiyyət orqanları ilə tez-tez əlaqə saxladığını deyib: “Çox sevdiyiniz Samvel Şahramanyan danışıqlar aparır, hər gün Bakıya zəng edir. İndi nədən danışır, bunu onun özündən soruşun”.

Ardınca eyni iddia ilə keçmiş qondarma qurumun sabiq “deputatı” David Qalstyan Şahramanyanın Bakıda həbsdə saxlanılan Ruben Vardanyan və digərləri ilə danışdığını bildirib: “Onlar təkcə ailələri ilə deyil, həm də Şahramanyanla əlaqə saxlayırlar. Onlar səhhətlərinin vəziyyətindən danışırlar, dedilər ki, onlara işgəncə verilmir, vəziyyətləri normaldır”.

Lakin neçə gündür bu iddialara cavab verməyən Şahramanyan bu gün “köməkçisi” Vladimir Qriqoryan vasitəsilə onun Bakı ilə əlaqəsi barədə deyilənləri təkzib edib. Qriqoryan deyib ki, Şahramanyan hazırda Azərbaycan nümayəndələri ilə danışıqlar aparmır. O, qeyd edib ki, onların gizlədəcək heç bir şeyləri yoxdur və əgər danışıqlar aparılsa, müvafiq bəyanat veriləcək.

Maraqlıdır ki, erməni mətbuatında geniş yer alan “Şahramanyan Bakı ilə danışır” mövzusunun ortaya atılması nə ilə bağlıdır və hansı zərurətdən doğur? Azərbaycan üçün Qarabağdakı qondarma rejim və onunla təmaslar mövzusu çoxdan bağlanıb. Digər yandan Paşinyan hakimiyyəti qondarma qurumun “dövlət institutları”nın Ermənistanda mövcudluğunun qəti əleyhinədir və bunu Ermənistanın təhlükəsizliyi üçün ciddi təhdid hesab etdiyini bildirir. Bütün bunların fonunda “Şahramanyan Bakı ilə danışır” iddiasının gündəliyə gətirilməsi heç olmasa dedi-qodular səviyyəsində qondarma rejimi gündəmdə saxlamaq cəhdindən başqa heç bir məna daşımır…“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90