Manset.az xəbər verir ki, bu barədə Rusiya Şahmat Federasiyası məlumat verib.
Mahaçqalada keçirilən turnirdə rəqibini zəhərləməyə cəhd edən Abakarovanın müvəqqəti olaraq ölkə yarışlarından kənarlaşdırıldığı açıqlanıb. Bildirilib ki, məhkəmə prosesi yekunlaşdıqdan sonra Abakarova ömürlük həbs oluna bilər.
Hadisə ilə bağlı Rusiya mətbuatında yer alan xəbərlərə görə, turnir başlayandan sonra Abakarovanın rəqibi Umayqanat Osmanovanın vəziyyəti pisləşərək xəstəxanaya yerləşdirilib. Daha sonra kamera qeydlərini araşdıran səlahiyyətlilər Abakarovanın rəqibini zəhərləmək niyyətində olduğunu müəyyən ediblər.
Osmanovanın onu və yaxınlarını xoşagəlməz sözlər deyərək narahat etdiyini əsas gətirən Abakarova vəziyyətin şahmat və ya turnirlə heç bir əlaqəsi olmadığını iddia edərək, bu hərəkətini “şəxsi düşmənçiliklə bağlı impulsiv qərar” kimi izah edib.
Bundan əlavə, saxlanılan Abakarovanın sağlamlığına zərər vurduğuna görə həbs cəzası tələbi ilə məhkəmə işi qaldırılıb.
Həmin görüntüləri sizə təqdim edirik: