image-rt-reklam
image-bez-nazvaniyabackend

Şahmat məktəblərində acınacaqlı vəziyyət: Təhsil Nazirliyi isə susur

image-728x90

“”Təhsil” Respublika İdman Mərkəzinin Tədbirlər Planına uyğun olaraq 26 Fevral Xocalı soyqırımı faciəsinin 31-ci ildönümünə həsr olunmuş Respublika turnirinə bu gün Ağcabədi rayonunda start verildi. Çox təəsüflə qeyd etmək istərdim ki,Balakən rayon UGİŞM-nin komandası maliyyə ayrılmadığına görə yarışda iştirak edə bilməyəcək.” –  Ulusal.az xəbər verir ki, bunu Balakən rayon Uşaq Gənclər İdman – Şahmat Məktəbi şahmat məktəbinin müəllimi Vaqif Ocaqverdiyev saytımıza açıqlamasında bildirib.

Vaqif Ocaqverdiyev əlavə edib ki, bununla neçənci dəfədir region bizim yarışda iştirakımızı təmin etmir.

“Bu yarışlara qatılsaqda ezamiyyət pullarını ala bilmirik.11-18 dekabr 2022-ci il tarixlərində Qax rayonunda keçirilən zona yarışının ezamiyyət xərcini hələ də ala bilməmişik. Dediklərinə görə fevralda Təhsil Nazirliyi tərəfindən ödənişlə bağlı hesab açılacaq. Ayın sonuna iki gün qalır. Zona yarışında 5 şagirdim yer tutdu. Onlardan 3-ü finala düşmüşdü. Mənə rəhbərimiz tərəfindən deyildi ki, bu yarışa getsənizdə Bakı şəhərinə maliyyə ödənilməyəcək. Belə olan halda iştirak edə bilmədik. Bu günə kimi məktəbdə daxili yarışlar keçirərək başımızı aldadırıq. Şahmatçının yetişməsi üçün mütləq yarışlarda iştirakı lazımdı. Bu zaman şagirdlə yanaşı məşqçinində gücü aşkar olunur. ” – deyə Vaqif Ocaqverdiyev bildirib.

“Mənə yaxın direktor dostlarımdan birinin dediyinə görə regionun maliyyəsinə baxan, Təhsil Nazirinin müavinindən məktub göndərilməsini istəyir.Yəni məktubda bizlərin yarışlarda iştirakına və maliyyə vəsaitinin ayrılmasına icazə verilməlidir.Yoxsa yarışlarda iştirakımıza qəti şəkildə icazə verilməyəcək. Mən də olan məlumata görə bu gün bəzi regional idarələr idmançıları Ağcabədiyə göndərib. Halal olsun çox gözəl. Bilmək istərdim əgər bizdən yarışlarda iştirakımız barədə vəsaitlə bağlı illik proqnoz istənildi,ora bu yarışda salınmışdı.Gedilməyəcəksə bunlar nəyə gərəkdir. ” -deyə şahmat müəllimi kömək istəyir.

“Təhsil Nazirimizdən xahiş etmək istərdim bu cür hallar nə vaxta kimi davam edəcək?Şahmat məktəblərini ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN siyasətinə qarşı çıxaraq birləşdirdilər. Qazanılan nə oldu ? Bir neçə direktoru çıxarmaqla guya dövlət büdcəsinə xeyirmi verdilər. Xeyr. Əvəzində əlavə xeyli ştatlar açıldı. Haqsızlığa qarşı səsimizi çıxardanda olursan pis adam. Mən iki dəfə regionun maliyyəsinə baxan şəxsdən yarışda iştirakımızın vacibliyi və mənim haqqımda özlərinə yanlış məlumat verdiklərini izah etməyə çalışdım.Cavab vermədilər,yenə ayırd edəsi özləridir. Balaca başımızı qaldırıb yarışda iştirak etmək istəmişik deyə region tez bir zamanda ikinci yarım ilin cədvəlini istəyib və sabahdan reydlərə başlayır.Bilirəm nəyə görə edilir əsası gərək indiyə qədər yoxlamaya gəlincə əvvəl özünün işi düz olmalıdır ki,kiməsə söz deyəsən.Birincisi şahmat məktəbinin binasının vəziyyətinə baxsınlar.Bina eşikdən bəzək içəridən qəzalı.Tavanda mamır bitib döşəmədəki vay-vay hər an çökə bilər.Keçmişin binası,xəstəxana sonra qaçqınlarada verilmişdi.Yenədə siçovullarla bir yerdə məktəbdə işləyərək uğurlara imza atırıq.Xahiş edərdim tele kanallarda gəlib çəkiliş etsinlər.Məni tanıyan dəyərli dostlarım bilir ki,mən yalan söyləmərəm.Bu gün bu cür çətinliklərlə regionun yarışda iştirakımıza icazə vermədiyi halda səsini çıxartmayıb gözləyən 90-faiz direktorlar var.Gizlənirlər tülkü kimi kreslolarını qoruyurlar itirməkdən.Çünki özləri çirkabın içindədilər.Əyri işləri o qədərdi ki,boğazları yuxarıdakıların əllərindədir.İşdən bəziləri var ki,çıxmaq istəsələr belə çıxa bilmirlər.Qoymurlar çünki ancaq yoxlamadan sonra, oda mümkün deyil. Səmimi deyirəm əgər belə davam edəcəksə nəyə lazımdı bızim fəaliyyətimiz,bağlasınlar gedib özümüzə iş axtaraq.ULU ÖNDƏRİMİZ şahmat məktəblərini tikdirməmişdi kimlərsə gəlib zəbt etsinlər.Tikdirmişdi ki, övladlarımız şahmatla məşğul olsunlar.Yarışlarda iştirak edib yüksək nəticələr qazansınlar. Əziz mənim dəyərli dostlarım xahiş edirəm dəyərli fikirlərinizi bildirəsiniz.Bunu kimsə etmək məcburiyyətindəydi. Mən irəli düşdüm, gəlin bir olaq.” -deyə Vaqif Ocaqverdiyev əlavə edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90