image-2000x150
image-media-elnurallahverdiyev-8yhe4zpbc0s52flowmxq-620x400backend

“Sahibkarların problemlərinə həssas yanaşmaq lazımdır” – Elnur Allahverdiyev

image-728x90
Dünən hökumət Milli Məclisdə 2022-ci ilin 6 ayına dair hesabat verdi. Ötən il müasir tariximizdə iqtisadi baxımdan olduqca əlamətdar nailiyyətlərlə yadda qalıb. Tariximizin ən böyük büdcəsini qəbul etmişik. İşğaldan azad olunmuş ərazilərimizdə yaşayış və istehsal infrastrukturunun bərpasına böyük miqdarda vəsait yatırılıb və bu proses davam edir. Hökumətin nailiyyətlərinin statistik göstəricilərinə büdcə müzakirələri ərzində toxunmuşuq.
Ulusal.az xəbər verir ki, millət vəkili Elnur Allahverdiyev Milli Məclsidə çıxış edərək bildirib ki, sahibkarların problemlərinə həssas yanaşmaq lazımdır.
Millət vəkili çıxışında belə deyib.:
– Vergi toplanması sahəsində olduqca yüksək rəqəmlər əldə olunub. Nəzərə almaq lazımdır ki, Prezidentin Sərəncamı ilə daha 1 il ərzində sahibkarlıq subyektlərində yoxlamalar olmayacaq. Deməli, biz yoxlamalarsız da yüksək göstəricilər əldə edə bilərik. Bu həm hökumətin nailiyyətidir, həm vergi mədəniyyətinin formalaşması;
– Sosial sfera əhali ilə işin ana xəttini təşkil edir. Aztəminatlı ailələr, şəhid ailələri və fiziki məhdudiyyətli kontingentin rifah halı istiqamətində mühüm işlər görülsə də, əhali ilə təmasda olan millət vəkili kimi həyata keçirilməli çox tədbirlərin olduğunu deyə bilərəm;
– Gömrükdə pozitiv dəyişikliklər baş verir. Bu, xüsusilə orta və kiçik biznes üçün faydalı olacaq. Görüləşi işlər var.
Daha ətraflı videoda:

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90