image-rt-reklam
image-1backend

ŞAGİRDLƏR LÜKS AVTOMOBİLLƏRİN SÜKANI ARXASINDA… – Bakıda növbəti məktəb biabırçılığlı 

image-728x90

Bakıda imkanlı şəxslərin övladlarının ali təhsil alması ilə məşhur olan Tofiq İsmayılov adına 6 saylı məktəb-lisey qalmaqallı olayla gündəmə gəlib.

Ulusal.az xəbər verir ki, məktəbin bu il məzun olacaq şagirdləri iyunun 3-də bahalı avtomobillərlə əvvəlcə məktəbin həyətinə yığışıb, ardınca sükan arxasına keçərək şəhərdə avtoyürüş keçiriblər.

“Tik-Tok” sosial şəbəkəsinə yerləşdirilən videoda 10-dan artıq “Rang Rover, “Porshe”, “Cadillak”, “Lexus”, “Toyota” kimi bahalı markalı avtomobillərin olduğu görünür. Şagird-məzunlar maşınların qəza işıqlarını yandıraraq şəhər küçələrində şütüyüb, əylənir, bir-birləri ilə ötüşürlər.

 

Videodan o da görünür ki, əyləncə 6 saylı məktəb-liseyin qarşısından başlayır, şagirdlərin maşın karvanı şəhərin mərkəzi küçələrini dolaşır və daha sonra körpülərin birinin altında əyləncə davam etdirilir.

Çox maraqlıdır ki, yumşaq desək, bu qanunsuzluqdan iki həftəyə yaxın vaxt keçsə də, ondan aidiyyatı qurumlar xəbər tuta bilməyib: nə məktəb rəhbərliyi, nə Elm və Təhsil Nazirliyi, nə də Dövlət Yol Polisi…


Qeyd edək ki, Azərbayanda yaşı 18-ə çatmayan vətəndaşların sürücülük hüququ yoxdur, yəni videoda görünən 16-17 yaş aralığında olan şagirdlər avtomobil idarə edə bilməzlər.

Bu qanunsuz əməlin “Son zəng” tədbirlərinə az qaldığı günlərdə sosial şəbəkələrdə yayımlanması digər məktəb məzunları üçün olduqa pis örnək yaradır. Keçmişin acı təcrübələrində belə əyləncələr təşkil edən şagirdlər arasında xəsarət alanlar, həlak olanlar olub.

Valdeynlərin niyə övladlarını belə xatalı əyləncələrdən çəkindirməməsi əslində ritorik sualdır. Azərbaycan reallığında imkanlı təbəqənin bəzi nümayəndələri hələ kiçik yaşlarından uşaqlarına bahalı avtomobillər alır, onların yaşına uyğun olmayan əyləncələrə qatılmasına mane olmur, pis vərdişlərdən çəkindirmir. Sonu təəssüf ki, bu ailələr üçün böyük peşmançılqla yekunlaşır…

Reaksiyalar

Bakı şəhər Baş Dövlət Yol Polisindən “AzPolitika”-ya bildirildi ki, sosial şəbəkələrdə yayılan görüntülər araşdırılır və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

6 saylı məktəb-liseydən direktorunun tədbirdə olduğu, daha sonra əlaqə saxlayacağı deyilsə də, gün ərzində hər hansı açıqlama verilmədi.

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi də sorğumuzu cavabsız buraxıb.

Sözügedən qurumların mövqeyini dərc etməyə çalışacağıq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90