image-2000x150
image-1backend

Safranbolu zəfəranı Aİ-dən coğrafi göstərici qeydiyyatı alıb

image-728x90

Safranbolu zəfəranı Avropa İttifaqından (Aİ) coğrafi göstərici qeydiyyatı alıb.

Ulusal.az xəbər verir ki, Türkiyənin Palatalar və Birjalar Birliyinin (TOBB) sədri Rifat Hisarcıklıoğlu sosial media platforması “X” hesabından Türkiyənin Aİ-dən coğrafi göstərici qeydiyyatı alan məhsulları ilə bağlı paylaşım edib.

Hisarcıklıoğlu bildirib ki, Safranbolu zəfəranı Türkiyənin Aİ-dən coğrafi göstərici qeydiyyatı alan 19-cu məhsuludur.

“Avropa İttifaqında qeydiyyatdan keçən ilk ədviyyatımız Safranbolu zəfəranı olub. Ölkəmizi təbrik edirəm. Əməyi keçən hər kəsi təbrik edirəm” deyə R.Hisarcıklıoğlu qeyd edib.

Hisarcıklıoğlu Aİ prosesi davam edən 45 coğrafi göstərici və 5 ənənəvi məhsul adı üzərində işlərinin davam etdiyini də bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90