image-rt-reklam
image-1backend

Sabiq yunan nazir FOTO paylaşıb şok etiraf etdi: Bu türk uşaqları biz öldürdük

image-728x90

Cənubi Kipr Rum Administrasiyasının (GKKK) sabiq xarici işlər naziri Erato Kozaku Markulli yunan rəhbərliyini uşaq qətliamı törədənlərə qarşı addım atmamaqda ittiham edib.

Ulusal.az xəbər verir ki, Markulli 1974-cü ildə Muratağa qətliamında öldürülən ibtidai sinif uşaqlarının son fotosunu paylaşaraq Kipr türklərinin EOKA-B tərəfindən öldürüldüyünü bildirib.

O, paylaşımında qətliamı törədənlərin məlum olmasına baxmayaraq, Yunanıstan rəhbərliyinin bu mövzuda heç bir addım atmadığını qeyd edib: “Bu foto baş verən faciəni bir daha ortaya qoyur. Bu ağır cinayətlərə görə heç kim cəzalandırılmadı”.

Kipr Rum Administrasiyasında xidmət edən bir məmurun bildirdiyinə görə, Markullinin bu yazısı Muratağada dinc əhalinin qətliamının etirafına ilk nümunədir.

Bəzi yunanlar 1963-1974-cü illər arasında Kiprdə türklərə qarşı sistemli hücumları və qırğınları yalnız EOKA-B terror təşkilatının həyata keçirdiyini qəbul edir.

Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) rəsmiləri isə türklərə qarşı törədilən qırğınların Yunanıstan və Rum dövlət rəsmilərinin təsdiqi ilə həyata keçirildiyini vurğulayırlar.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90