image-2000x150
image-oskanyanbackend

Sabiq nazirdən sensasion açıqlama: “İrəvan azərbaycanlıların geri qayıtmasına artıq razılaşıb”

image-728x90

Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan  sensasion açıqlama ilə çıxış edib. Sabiq nazir özünün facebook səhifəsində Qarabağ məsələsi, Ermənistanın hazırkı mövqeyini barədə geniş çıxış edib. Ulusal.az xəbər verir ki, sabiq nazir bildirir ki, Ermənistan tərəfinin Azərbaycanla sülh danışıqları, habelə Türkiyə ilə sərhədlərin açılması istəkləri İrəvana baha başa gələcək.

Oskanyan bildirib ki, tezliklə azərbaycanlılar öz ata -baba yurdlarına qayıdacaq.

Sabiq nazir qeyd edib ki, Nikol Paşinyan və hökuməti azərbaycanlıların Ermənistana qayıtması məsələsində artıq razılığa gəlib. “Bu gün dövriyyəyə buraxılıb ki, əgər biz Qarabağ ermənilərinin öz evlərinə qayıtması məsələsini qaldırsaq, Azərbaycan öz vətəndaşlarının Ermənistana qaytarılması məsələsini qaldıracaq. Amma bu, artıq əxlaqsızlığın, dəliliyin zirvəsidir. Çünki Paşinyan və hökuməti bir ildən artıqdır ki, azərbaycanlıların Ermənistana gəlməsi məsələsini müzakirə edir və anklavların qaytarılmasına razılıq verib”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90