image-rt-reklam
image-1backend

Saat 09:00-da işıq kəsiləcək – Bu ərazilərdə

image-728x90
Culfa rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Ulusal.az xəbər verir ki, bu barədə “Azərenerji” ASC məlumat yayıb.

Naxçıvan Muxtar Respublikasının “Elektroenergetika konsepsiyası” üzrə 2025-ci ildə nəzərdə tutulan işlər çərçivəsində yeni tikilən 132 kV-luq “Culfa” elektrik verilişi xəttinin məftilinin çəkilməsi zamanı təhlükəsizlik tədbirləri məqsədilə 132/110/10 kilovoltluq “Culfa” yarımstansiyasından qidalanan 2 və 5 saylı 10 kilovoltluq hava elektrik verilişi xətləri razılaşdırılmış sifarişə əsasən açılacaq.

Bununla əlaqədar Culfa rayonunun Dizə, Gülüstan kəndlərində və Yaycı kəndinin bir hissəsində 13 oktyabr tarixində saat 09:00-dan 10:00-a qədər fasilə yaranacaq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90