Finlandiya ruslara və belaruslara ölkədə daşınmaz əmlak əməliyyatları aparmağı qadağan edib.
Ulusal.az xəbər verir ki, qadağa iyulun 15-də qüvvəyə minib. Bu barədə Finlandiyanın müdafiə naziri Antti Hakkanen “X” sosial şəbəkəsində bildirib.
“Bu, çoxdan təxirə salınmış mühüm islahatdır”, – nazir yazıb. O, əlavə edib ki, qanunun qəbul edilməsindən və qüvvəyə minməsindən məmnundur. Hakkanenin fikrincə, tədbir ölkənin təhlükəsizliyini gücləndirməyə kömək etməlidir.
Finlandiya hökuməti 2025-ci ilin fevralında ruslar və belaruslar üçün daşınmaz əmlakın alınmasına qadağa qoyulması ilə bağlı qanun layihəsini parlamentə təqdim etmişdi.
Sənəddə deyilirdi ki, bu ölkələrin vətəndaşları Finlandiyanın milli təhlükəsizliyinə təhlükə yarada bilər.publika.az