image-rt-reklam
image-1backend

Rusiyaya qarşı sanksiya: Türkiyənin də qoşulması üçün ABŞ görün nə edib

image-728x90

Türkiyə Rusiyaya qarşı tətbiq edilən Qərb sanksiyalarında mümkün qədər iştirak etməyə çalışacaq, çünki Ankaranın beynəlxalq maliyyə qurumlarının dəstəyinə ehtiyacı var.

Bunu türkiyəli politoloq Engin Özer “RİA Novosti”yə bildirib.

“Əslində, Ankara ölkədə keçirilən yerli seçkilərdən əvvəl Rusiyaya qarşı sanksiyalarda “qismən” iştirak etməyə başladı”, – agentliyin həmsöhbəti xatırladıb.

Onun sözlərinə görə, Türkiyənin “taktiki” hərəkətlərinə cavab olaraq ABŞ Suriyanın şimalına nəzarət edən Kürd administrasiyasına (YPG) təzyiq göstərərək iyunun 11-də yerli seçkiləri təxirə salıb və ya ləğv edib.

“Ankara administrasiyası Suriyada formalaşa biləcək kürd muxtariyyətinə özünün milli təhlükəsizliyinə təhdid kimi baxır. Yüksək inflyasiya və kövrək iqtisadiyyata görə, Ərdoğan administrasiyasının beynəlxalq maliyyə qurumlarının dəstəyinə ehtiyacı var”, – ekspert vurğulayıb.

Bir müddət əvvəl Türkiyə prezidentinin rəsmi nümayəndəsi, hazırda Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Türkiyənin Rusiya Federasiyasına qarşı sanksiyalarının ilk növbədə Ankaranın özünə qarşı oynayacağını bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90