image-rt-reklam
image-1backend

Rusiyanın yeni höküməti – SİYAHI

image-728x90

Sergey Lavrov yenidən Rusiyanın xarici işlər naziri olacaq.

Rusiya Prezidenti Vladimir Putin parlamentə onun xarici işlər naziri vəzifəsinə təyin edilməsini təklif edib.

Ölkənin müdafiə naziri Sergey Şoyqu isə yeni hökumətdə təmsil olunmayacaq.

Vladimir Putin müdafiə naziri vəzifəsinə Rusiya baş nazirinin birinci müavini Andrey Belousovun təyin edilməsini təklif edib.

Qeyd edək ki, Sergey Şoyqu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi təyin edilib. Bu barədə Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb. Sergey Şoyqu bu postda Nikolay Patruşevi əvəz edəcək.

Vladimir Putin həmçinin namizədlər təklif edib:

Bundan başqa, Putin daxili işlər naziri vəzifəsinə Vladimir Kolokoltsev, Mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə nazir vəzifəsinə Aleksandr Kurenkov, ədliyyə naziri vəzifəsinə Konstantin Çuyçenko, Xarici Kəşfiyyat Xidmətinin direktoru vəzifəsinə – Sergey Narışkin, Federal Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə – Aleksandr Bortnikov, Milli Qvardiya Qoşunlarının Federal Xidmətinin direktoru vəzifəsinə – Viktor Zolotov, Federal Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə – Dmitri Koçnev, Prezidentin Xüsusi Proqramlar Baş İdarəsinin rəisi vəzifəsinə – Aleksandr Linzin təyin olunmasını istəyib.

Federasiya Şurası mayın 14-də təhlükəsizlik blokunun nazirləri və Xarici İşlər Nazirliyinin rəhbəri vəzifələrinə namizədlərlə bağlı məsləhətləşmələr üçün iclas keçirəcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90