image-rt-reklam
image-1backend

Rusiyanın müvəqqəti işlər vəkili Polşa XİN-ə çağırılıb

image-728x90

Rusiyanın Polşadakı səfirliyinin müvəqqəti işlər vəkili Andrey Ordaş PUA-larla bağlı insidentlə əlaqədar bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

“Sentyabrın 10-da yerli vaxtla saat 12:00-da XİN-ə çağırılmışam”, – diplomat agentliyə bildirib.

Məlum olduğu kimi, Polşa sentyabrın 10-u gecə saatlarında Ukraynaya qarşı kütləvi hücum zamanı Rusiya dronlarının onun hava məkanını pozduğunu bildirib və ilk dəfə olaraq onları vurmağı qərara alıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90