“Forbes” jurnalının rus versiyası Rusiya daşınmaz “əmlak “kralları”nın 2024-cü ilin nəticələrinə əsasən yeni reytinqini dərc edib.
Ulusal.az xəbər verir ki, siyahıya daşınmaz əmlakın kirayəsindən ən çox gəlir əldə edən iş adamları daxil edilib və ona Azərbaycan əsilli sahibkarlar başçılıq edirlər.
İlk onluq belədir:
Qod Nisanov
Zaxar İliyev
Qod Nisanov və Zaxar İliyevin “Kievskaya ploşad” şirkətinin illik icarə gəliri 2 milyard dollardır;
Samvel Karapetyan – “Taşir” (685 milyon dollar);
Sait-Salam Qutseriyevin “Safmar” şirkəti (490 milyon dollar);
Tara ailəsinin “Enka” şirkəti (335 milyon dollar);
Aleksandr Klyaçinin “Gleden İnvest Qrupu” (315 milyon dollar);
Pavel Vaşşenko və Valeri Mixaylovun “Riverstretch Trading & Investments” şirkəti (295 milyon dollar);
Araz Ağalarovun “Crocus Group” şirkəti (245 milyon dollar);
Vladimir və Feliks Yevtuşenkovun “AFK Sistema” (240 milyon dollar).
İliyev və Nisanovun şirkətinin 2 milyon 591 min kvadratmetr kommersiya daşınmaz əmlakı var. Bu həcmə 148 min kvadratmetr ofis sahəsi, 320 min kvadratmetr anbar sahəsi, 1550 nömrəli otel, 1 milyon 39 min kvadratmetr sahəsi olan “Food City” ticarət mərkəzi və 180 min kvadratmetr sahəsi olan ticarət mərkəzi daxildir.
2024-cü ildə “Kievskaya ploşad” Lubyankadakı mərkəzi uşaq mağazasını “Gals-Development” strukturlarından alıb. “Detsky Mir”-in sahəsi 74 min kvadratmetrdir və əməliyyat 10-20 milyard rubl qiymətləndirilir.Publika.az