image-rt-reklam
image-image_750x_68e013c4a5143-1backend

Rusiyalı deputat: “Miqrant ailələr deportasiya olunmalıdır”

image-728x90

Ulusal.az xəbər verir ki, “Ədalətli Rusiya – Həqiqət naminə” partiyasının sədri Sergey Mironov Rusiyadakı miqrant ailələrin ölkədən çıxarılması ilə bağlı sərt açıqlama verib. Deputatın sözlərinə görə, əcnəbi uşaqların rus cəmiyyətinə inteqrasiyası ilə bağlı atılan addımlar nəticəsiz qalır və miqrasiya böhranını dərinləşdirir.

Mironov bildirib ki, məktəblərdə keçirilən imtahanların sadəliyinə baxmayaraq, miqrant uşaqların yalnız 2 faizindən azı uğur qazanıb:

“Onların çoxu təhsili yarımçıq qoyur. Onsuz da burada nə işləri var? Rusiya mədəniyyətini və dəyərlərini qəbul etməyən ailələrin ölkədə qalması yolverilməzdir.”

Deputat Fransadakı təcrübəni də nümunə gətirib, lakin nəticələrin uğursuz olduğunu vurğulayıb:

“Paris və Marseldəki mühacir məhəllələri bunun ən bariz göstəricisidir. Bu yol uçuruma aparır və biz bunu təkrarlamamalıyıq.”

Mironovun fikrincə, rus məktəblərində xarici uşaqlar üçün qəbul qaydalarının sadələşdirilməsi yolverilməzdir. O, məsuliyyəti birbaşa valideynlərin üzərinə qoyaraq belə deyib:

“Əgər valideynlər övladlarının təlim-tərbiyəsinə cavabdeh ola bilmirlərsə, ya öz vətənlərinə qayıtsınlar, ya da ailələrini ora göndərsinlər. Əks halda, dövlət onların deportasiyasına kömək etməlidir.”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90