image-rt-reklam
image-1backend

Rusiyadan etiraf: Türkiyə bizdən 20 dəfə çox qazanır

image-728x90

Rusiya mətbuatı Rusiyanın sağlamlıq turizmindən əldə etdiyi gəliri Türkiyə ilə müqayisə edib.

Ulusal.az xəbər verir ki, “Nezavisimaya qazeta”nın məlumatına görə, hökumət xarici xəstələrin müalicəsindən ildə təxminən 1 milyard dollar qazandığını bildirib. Lakin bu rəqəm digər ölkələrlə müqayisədə kifayət qədər aşağıdır.

Məsələn, Türkiyənin müalicə turizmindən əldə etdiyi gəlir Rusiyadan təxminən 20 dəfə, Malayziyadan isə 40 dəfə çoxdur.

Xəbərə görə, Rusiyada müalicə turizminin ümumi daxili məhsula töhfəsi 0,01 faizin altındadır. Bu vəziyyəti bir çox Rusiya vətəndaşının ciddi xəstəliklərin müalicəsi üçün xaricə getməsi faktı daha da gücləndirir. Sorğulara görə, rusiyalıların yarıdan çoxu kritik xəstəliklərin xarici klinikalarda müalicə olunmasını daha təhlükəsiz hesab edir.

Ekspertlərin fikrincə, Rusiya tibbi turizmdə daha böyük uğurlar əldə etmək üçün BRICS ölkələrindən, xüsusilə də Çin və Hindistandan daha çox xəstə cəlb etməyə diqqət etməlidir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90