image-rt-reklam
image-miqrant-rusbackend

Rusiyadakı azərbaycanlılarla bağlı növbəti pis xəbər – Kreml proses başlatdı

image-728x90

Rusiya hüquq-mühafizə orqanları 2025-ci ilin yayında Yekaterinburqda qətlə yetirdikləri iki azərbaycanlının qardaşı Bakir Səfərovu hələ də həbsdə saxlayır. Bu barədə danışan B.Səfərovun digər qardaşı, ədəbiyyatşünas Seyfəddin Hüseynli deyib ki, sözügedən hadisələr Rusiya hüquq-mühafizə orqanlarının etnik azlıqlara qarşı sistemli ayrı-seçkiliyinin tərkib hissəsidir və hələ də heç bir vəzifəli şəxs məsuliyyətə cəlb olunmayıb. S.Hüseynli orada həmçinin digər azlıqların – ləzgilər, talışlar və çərkəzlərin də hüquqlarının davamlı pozulduğunu vurğulayıb.

Rusiyada azərbaycanlılar və digər etnik azlıqların sistemli ayrı-seçkilik və təqibə məruz qalması fonunda, beynəlxalq hüquq və insan haqları mexanizmləri onların müdafiəsində nə dərəcədə effektivdir? Azərbaycan diasporu bu prosesdə hansı rol oynaya bilər?

Globalinfo.az-a danışan Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası əlaqələr komitəsinin üzvü Cavanşir Feyziyev deyib ki, Rusiyada həm tarixən, həm də müasir dövrümüzdə haqqında ən az danışılan məsələ məhz insan haqları problemidir:

“Məşhur “Yuryev günü”ndən artıq 150 ildən çox vaxt keçir, amma Rusiya vətəndaşının həyatında insan haqları ilə bağlı hər hansı ciddi bir dəyişiklik hələ də müşahidə olunmur. Rusiyada insan haqlarının pozulması nə ölkənin özündə, nə də beynəlxalq mühitdə artıq heç kimi təəccübləndirmir. Rusiya çoxmillətli və çoxkonfessiyalı bir ölkədir. İnsan haqları ilə bağlı həm ruslar və həm də qeyri-ruslar eyni dərəcədə haqsızlıqlara məruz qalırlar. Lakin ruslardan fərqli olaraq digər xalqların nümayəndələri onlara qarşı dövlət səviyyəsində aparılan milli etnik, ayrı-seçkiliyə məruz qalmaqla ikiqat istismar olunurlar”.

cavansir

Cavanşir Feyziyev bildirib ki, Rusiyada yaşayan və rəsmən o ölkənin vətəndaşı olan və olmayan azərbaycanlılar da digər milli azlıqlar kimi təzyiqlərə, təhdidlərə və qeyri-qanuni həbslərə məruz qalırlar:

“Əslində, bu kimi hallarla rastlaşdıqda vətəndaşlar diaspora təşkilatları vasitəsilə problemlərin araşdırılmasına cəhd edə bilərdilər. Lakin elə ona görə də Rusiya dövləti etnik zəmində fəaliyyət göstərən diaspora təşkilatlarının fəaliyyətini müxtəlif yollarla və qanunsuz üsullarla məhdudlaşdırır. Beynəlxalq təşkilatlar isə belə kritik vəziyyətlərdə ciddi bir təsir gücünə malik olmurlar. Xüsusilə indiki Rusiyanın heç bir əsas olmadan Ukraynaya təcavüzü şəraitində Rusiyaya qarşı heç bir beynəlxalq hüquq norması işləmir”.

Deputat qeyd edib ki, soydaşlarımıza qarşı törədilmiş qanunsuz əməllər və cinayətlərə görə Azərbaycan dövləti öz prinsipial mövqeyini açıq şəkildə bildirib və bu istiqamətdə beynəlxalq hüquq çərçivəsində Rusiya hökumətinə təzyiqlər davam etdirilir:

“Lakin diasporun Rusiya dövlət qurumları qarşısında hansısa məsələni qaldıra bilməsi və həllinə nail olunması inandırıcı görünmür. Çünki Rusiya hüquqi dövlət kimi davranmır və onun daxili siyasəti də xarici siyasəti kimi hüquq müstəvisindən kənarda fəaliyyət göstərir. Belə bir şəraitdə soydaşlarımızın öz haqlarını qorumaq üçün bir araya gəlməsinə və tələblərini qeyri-formal da olsa hər hansı birlik çərçivəsində, təşkil olunmuş şəkildə irəli sürməsi ən azı Rusiyanın yerli idarəetmə orqanları qarşısında müəyyən təsir gücü yarada bilər”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90