image-2000x150
image-1backend

Rusiyada polislər kütləvi şəkildə işdən çıxır – Nə baş verir?

image-728x90

Bu ilin 10 ayı ərzində Rusiyada polislərin kütləvi işdən çıxması baş verib.

Ulusal.az xəbər berir ki, Bunu müxtəlif səbəblərlə izah edən mütəxəsislər hesab edirlər ki, onlardan biri də sistemin düzgün qurulmamasıdır. Rusiyanın Daxili işlər naziri Vladimir Kolokoltsev bildirib ki, təkcə bu ilin iyul ayında 5 mindən çox polis könüllü olaraq DİN-ni tərk edib. Amma nazir kütləvi işdən çıxmanın səbəbini izah etməyib. Bəziləri bunun səbəbini əməkhaqqının aşağı olmasıyla əlaqələndirir. Rusiyada DİN işçilərinin rütbə və xidmət müddətindən asılı olaraq əməkhaqları 35 – 80 min rubl arasında dəyişir. Ən yüksək maaş paytaxt Moskvada verilir. Burada əmək haqqı 70 min rubldur (təxminən 1294 manat). Amma regionlarda əməkhaqqı 40 min rublu (739 manat) keçmir. Belə aşağı əməkhaqqı üçünsə hər kəs həyatını riskə atmaq istəmir.

Rusiya polisi əsas vəzifəsinə əlavə olaraq bürokratik əngəllərlə də üzləşir. Onları da bezdirən məhz bu amillərdir. Bəzən günlərlə iş yerlərində qalmalı olurlar.

İndi Rusiyada az maaşla işləməyə razı olanlar da polis sistemini rədd edir. İnsanların kütləvi şəkildə polisdən imtina etməsinin səbəblərindən biri də onlara vəd edilən müavinətlərin verilməməsidir. Polislər ən kiçik qayda pozuntularına görə cərimə olunur. Həmin cərimələr də onsuz da aşağı olan əməkhaqqından çıxılır.

Ekspertlər bunu Rusiyada daxili işlər orqanlarına az vəsaitin ayrılmasıyla izah etməyə çalışırlar. Amma Rusiya kimi böyük bir dövlətin polis sistemini saxlamağa simiclik etməsi ağlabatan deyil. Deməli, ortada korrupsiya faktları var. Hələlik bunlar ehtimaldır. Nəticədə, polis xidmətinə gələn gənclər bir neçə ildən sonra “daxili mətbəx”də nələrin baş verdiyini gördükdən sonra sadəcə oradan ayrılırlar.

Bəzi ekspertlər isə iddia edir ki, polis sıralarını tərk etməyin səbəbi 2022-ci ildə Rusiyanın işğal etdiyi yeni regionlara ezamiyyətlərdir. Həmin səfərlər zamanı da polis əməkdaşlarına cüzi ezamiyyət xərcləri ödənilir.

Təbii ki, DİN rəhbərliyi vəziyyəti düzəltmək üçün müəyyən tədbirlər görür. Nazirin səs-küylü bəyanatından cəmi bir neçə həftə sonra DİN vətəndaşların işə götürülməsi qaydalarını sadələşdirmək qərarına gəlib. Sıravi və kiçik zabit vəzifələrinə yeni gələnlər üçün yuxarı yaş həddi 15 il (35-dən 50-yə) qaldırılıb. Yaşı 55-dən aşağı olan namizədlər rəhbər vəzifələrə müraciət edə bilərlər. Amma maliyyə məsələsində irəliləyiş yoxdur. DİN-in maliyyə idarəsindən bildiriblər ki, 2024-cü ildə polis işçilərinin maaşlarının artımı nəzərdə tutulmur.konkret.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90