image-rt-reklam
image-1backend

Rusiyada buğda istehsalı kəskin azalıb, qiymət sürətlə artır – Azərbaycana təsiri olacaqmı?

image-728x90

2024-cü ildə Rusiyada xalis çəkidə 124,96 milyon ton taxıl və paxlalı bitkilərin məhsulu toplanıb.

Musavat.com Rosstat-a istinadən xəbər verir ki, məhsulun 82,4 milyon tonu buğdadır.

Xatırladaq ki, ötən il Rusiyada 144,9 milyon ton taxıl, o cümlədən 98,2 milyon ton buğda yığılmışdı.

Ölkə üzrə taxıl yığımının rəsmi proqnozu 130 milyon ton, o cümlədən 83 milyon ton buğda idi.

Qeyd edək ki, dekabrın 1-dən 23-dək Rusiya 2,5 milyon ton taxıl ixrac edib. Rusiya Taxıl İttifaqının monitorinqinə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,2 faiz azdır. Dekabrın ilk 15 günündə ixracdakı artımı son bir həftədə kəskin azalma əvəz edib. Nəticədə buğda ixracı 9,3 faiz azalaraq 2,29 milyon tona, qarğıdalı 79 faiz azalaraq 93 min tona, arpa ixracı 67 faiz azalaraq 79 min tona düşüb.

İttifaqın analitiklərinə görə, dekabrın sonuna qədər buğda tədarükü ötən ilin dekabrında olan 3,6 milyon tona qarşı 3,1 milyon ton təşkil edəcək.

Bazarda qiymət konyukturasına gəlincə, həm Avropa, həm də Rusiya buğdasının qiymətlərində artım müşahidə olunur.Ötən həftə ərzində fransız buğdası 1,7 faiz bahalaşaraq bir ton üçün 246 dollara yüksəlib, dekabrın əvvəlindən artım 11 dollar olub. Rusiya buğdasının qiyməti həftə ərzində 1,3 faiz artaraq 240 dollara çatıb, dekabrın 1-dən artım 26 dollar təşkil edib.

Rusiya buğdasının Avropa buğdası ilə müqayisədə endirimi dekabrın əvvəlindəki 21 dollardan 23-də 6 dollara qədər azalıb.

Qeyd edək ki, Azərbaycanın buğda idxalı demək olar ki, bütünlüklə Rusiyadan reallaşır. Bu ilin 11 ayında Şimal qonşudan 1,1 milyon tondan çox buğda alınıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90