image-rt-reklam
image-4b9e8417f72654fe00837a7b721b6a2ebackend

Rusiyada azərbaycanlı diaspor sədrinin oğlu saxlanıldı – Video

image-728x90

Rusiyanın   Qaraçay-Çərkəz Respublikasındakı Azərbaycan diasporunun sədri İlham Əhmədovun oğlu Kamal dostları ilə birlikdə Çerkessk küçələrində atəş açıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “SHOT” teleqram kanalı məlumat yayıb.

“Restoranda üzərində Azərbaycan bayraqları olan bir neçə bahalı xarici avtomobildən ibarət kortej dayandı, 10 nəfər gənc çıxıb, avtomat və tapançaları çıxararaq atəş açmağa başlayıb. Atışma yerli sakinləri qorxudub”, – məlumatda deyilir.

Nəşrin məlumatına görə, o, dostları ilə birlikdə onlardan birinin toyunu qeyd edib, bundan sonra polis əməkdaşına tabe olmamaqda ittiham edilərək saxlanılıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90