image-2000x150
image-44backend

Rusiya “Zapad-2023” hərbi təlimlərini ləğv edib? – KƏŞFİYYAT

image-728x90

Rusiya “Zapad-2023” hərbi təlimlərini ləğv edib.

Bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.

“Çox güman ki, qoşun və texnika çatışmazlığı səbəbindən”, – məlumatda qeyd olunub.
Ətraflı

2010-cu ildən etibarən Rusiya 4 illik tsikl çərçivəsində ölkənin müxtəlif bölgələrində növbə ilə təlimlər keçirir. Sonuncu təlim 2021-ci ildə baş tutub. Britaniya Müdafiə Nazirliyinin gündəlik hesabatında deyilir ki, “Zapad-2021” təlimləri sovet dövründən bəri ən böyük təlim olub.

Hesabat müəllifləri qeyd etdiyinə görə, Rusiya hərbçilərinin Ukraynadakı qeyri-qənaətbəxş nəticələri göstərdi ki, strateji təlimlər məhdud maarifləndirici əhəmiyyətə malikdir və əsasən nümayişkaranədir. Çox güman ki, Rusiya təlimlərdə iştirak edəcək kifayət qədər sayda qoşun və texnikası olmadığı üçün “Zapad-2023″ü ləğv edib.

2022-ci ildə sentyabrın 1-dən 7-dək keçirilən “Vostok-2022” təlimlərində 50 min Rusiya hərbçisi iştirak edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90