image-rt-reklam
image-1backend

Rusiya “WhatsApp”ı da bağladı

image-728x90

“WhatsApp” Rusiyada zənglərin bloklanması ilə bağlı rəsmi açıqlama yayıb.

“”WhatsApp” özəldir, defolt olaraq uçdan-uca şifrələnir və hökumətlərin insanların təhlükəsiz ünsiyyət hüququnu pozmaq cəhdlərinə qarşı çıxır – buna görə də Rusiya hakimiyyəti ölkədəki 100 milyondan çox istifadəçimiz üçün WhatsApp-ı bloklamağa çalışır”, – şirkətin açıqlamasında deyilir.

“WhatsApp” vurğulayır ki, “başdan-başa şifrəli rabitənin bütün dünyada, o cümlədən Rusiyada da əlçatan olmasını təmin etmək üçün” mümkün olan hər şeyi edəcək.

Rusiyada “WhatsApp”ın 12 yaşdan yuxarı auditoriya arasında aylıq əhatəsi, 2025-ci ilin iyul ayına olan məlumata görə, 96,2 milyon nəfər olub.

Rusiyada “WhatsApp” və “Telegram” istifadəçiləri 10-11 avqust 2025-ci il tarixlərində messencerlərdə zənglərin kəsilməsindən şikayət etməyə başlayıblar.Forbes-in məlumatına görə, ən böyük telekommunikasiya operatorları “MTS”, “Megafon”, “Beeline” və “Tele2” xarici messencerlərdə zəngləri bloklamağı xahiş ediblər.

Avqustun 13-də “Roskomnadzor” rəsmi olaraq “Telegram” və “WhatsApp”da zənglərin “qismən məhdudlaşdırıldığını” elan edib və bunu “cinayətkarlara qarşı mübarizə” ehtiyacı ilə izah edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90