image-rt-reklam
image-1backend

“Rusiya və Azərbaycan gələn həftə müzakirələr aparacaq”

image-728x90

“Gələn həftə Azərbaycan tərəfi ilə Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokunun açılması məsələsini müzakirə edəcəyəm”.

Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında qeyd edib.

Overçuk görüşün Rusiyada olacağını deyib.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinləri səviyyəsində üçtərəfli işçi qrupu mövcuddur və bu qurum Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatının doqquzuncu bəndinin icrası üzərində çalışır, habelə kommunikasiyaların açılması ilə bağlı bütün incə məqamları ətraflı müzakirə edib.

Overçuk: “Tramp marşrutu” məsələsində Rusiya Ermənistanı dəstəkləyirsə, əgər bu onun üçün faydalıdırsa, Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) yaradılmasında, İrəvan lazım bilsə, Rusiya Ermənistanı dəstəkləyir.

“Ermənistan bizim strateji müttəfiqimizdir və əgər Ermənistan nəyinsə onlar üçün xeyirli olduğuna inanırsa, əlbəttə ki, biz burada Ermənistanı dəstəkləyirik. Əgər onlar hesab edirlər ki, müvafiq bəyannamənin Vaşinqtonda imzalanması daha böyük təhlükəsizlik təminatları verir, deməli, bu yaxşıdır, çünki biz Cənubi Qafqazda sülh proseslərini də dəstəkləyirik, bu, tamamilə bizim maraqlarımıza uyğundur”, – o qeyd edib.

Overçuk həm də bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın yaxın vaxtlarda Rusiyaya səfəri gözlənilir.

“Nikol Vovaeviç iki həftə əvvəl Rusiyada idi və biz də onun yaxın gələcəkdə Rusiyada olacağını gözləyirik, onun səfərini gözləyirik”, – o qeyd edib.

Qeyd edək ki, Ermənistanın baş naziri son dəfə Rusiyada iyul ayında olub və Altayda keçirilən Beynəlxalq Ekoloji Konfransda iştirak edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90