Ulusal .az xəbər verir ki, Rusiyanın ən iri neft emalı müəssisələrindən biri – Ryazan “Rosneft” zavodu güclü dron hücumuna məruz qalıb. Reuters yazır ki, hücum nəticəsində zavodda iri yanğın baş verib və AT-6 qurğusu sıradan çıxıb.
Məlumata görə, sıradan çıxan AT-6 qurğusu müəssisənin ümumi gücünün təxminən 50%-ni təmin edirdi. Bu isə gündəlik 23 min ton emal deməkdir. Zavod əsasən Moskva bölgəsini yanacaqla təmin edirdi. Hazırda müəssisə cəmi 23% güclə işləyir. Rəsmi açıqlamaya görə, tam bərpa yalnız ən tez iki həftəyə mümkün olacaq.
Xatırladaq ki, avqustun əvvəlində də həmin zavod dron zərbəsinə məruz qalmış və iki əsas qurğunun fəaliyyəti dayandırılmışdı. Bu, artıq qısa müddətdə zavodun ikinci dəfə iflic edilməsi deməkdir.
Ryazan NQZ Rusiyanın ümumi neft emalının 5%-ni təşkil edir.
2024-cü ildə burada 2,3 milyon ton benzin və 3,4 milyon ton dizel istehsal olunmuşdu.
Reuters-in hesablamasına görə, yalnız avqust ayında dron hücumları nəticəsində Rusiya NQZ-lərinin 17%-ə qədər gücü sıradan çıxıb — bu, indiyədək rekord göstəricidir.
Ekspertlər hesab edirlər ki, belə hücumlar davamlı hal alarsa, Rusiyanın yanacaq