image-rt-reklam
image-1backend

Rusiya Ukraynanı işğal etsə nələr olacaq? – İqtisadçı açıqladı

image-728x90

Rusiyanın müharibədən sonrakı mərhələdə dünyaya təsiri onilliklər boyu davam edərək qlobal iqtisadiyyata zərbə vuracaq.

Ulusal.az xəbər verir ki, bunu iqtisadçı ekspert Lilian Bevings deyib.

Onun sözlərinə görə, Ukraynanın işğalı Rusiyanı hədsiz dərəcədə zənginləşdirəcək:“Putinin qaz şantajı Rusiyanın genişmiqyaslı işğalından sonra nələrin baş verəcəyinin braiz nümunəsidir. Rusiyanın Ukraynaya tam nəzarəti ilə bağlı yaranan şok dalğaları dərhal hiss olunmayacaq. Bu, onilliklər ərzində inkişaf edəcək və yer kürəsinin hər bölgəsində hiss olunacaq”.

Onun fikrincə, Ukrayna üzərində qələbə olarsa, Rusiya Qara dəniz limanlarına tam nəzarət edəcək ki, hazırda bu limanlar vasitəsilə 400 milyon insanı qidalandıran taxıl ixrac edilir.

“Ukraynalı fermerlər tərəfindən toplanan və bu limanlardan daşınması üçün nəzərdə tutulan bütün taxıl artıq Rusiyaya məxsus olacaq və Kreml onu öz müttəfiqlərinə göndərəcək”, -deyə o bildirib.

Analitikin fikrincə, Ukraynanın ehtimal olunan işğalının digər nəticəsi Rusiyanın son iki ildə inşa edilən hərbi sənaye kompleksinə tam çıxış əldə etməsi deməkdir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90