Ulusal.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Kit Kellogg Kiyevdə keçirilən konfransda bildirib ki, Rusiya döyüş meydanında əslində qalib gəlmir. O vurğulayıb ki, bu barədə Tramp özü də ona bir neçə həftə öncə sual verib.
Kellogg bildirib:
“Rusiya qalib gəlirmi? Bu çox maraqlı sualdır, çünki bu sualı prezident Tramp mənə təxminən altı həftə əvvəl Oval ofisdə verdi. Mən ona qəti cavab verdim: ‘Cənab prezident, yalnız mənə qulaq asmayın. Baş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn kənarda gözləyir. Onun yanına gedin, ondan soruşun. O, sizin baş hərbi müşavirinizdir.’”
Kellogg əlavə edib ki, həm o, həm də Den Keyn Trampaya eyni cavabı veriblər – Rusiya qalib deyil.
“Den də eyni sözləri dedi: ‘Onlar (ruslar) qalib gəlirlər? Xeyr. Onlar qalib gəlmir. Putin isə nə qədər istəsə, qalib olduqlarını deyə bilər.’”
Xüsusilə qeyd olunub ki, reallıqda Rusiya bu müharibədə məğlub olur.
Bu fikirlər Rusiyanın Ukrayna müharibəsindəki vəziyyətini və qələbə iddialarının əksini nümayiş etdirir.