ABŞ Dövlət Departamentinin məlumatına görə, 2022-ci ilin fevralında Rusiyanın işğalından sonra Vaşinqton bu ölkəyə təxminən 65,9 milyard dollar hərbi yardım göndərib.
Ulusal.az xəbər verir ki, ABŞ-ın verdiyi imkanlar Ukraynanın cəbhədə əlini gücləndirir.
Qərb ekspertlərinin fikrincə, hava hücumundan müdafiə sistemləri başda olmaqla, ABŞ-ın verdiyi bütün dəstəyi Avropa İttifaqının verməsi mümkün deyil.
Aİ dəstəyini artırsa belə, ABŞ-ın dəstəyi kəsiləcəyi təqdirdə Ukraynanın orta və uzunmüddətli perspektivdə müharibəni davam etdirə biləcəyi ehtimalı azdır.
Qiymətləndirilir ki, Ukrayna Amerikanın dəstəyi olmadan indiki döyüş gücünü bir neçə ay saxlaya bilər.Musavat.com