image-rt-reklam
image-65d6fd2b31aedbackend

Rusiya tank və PUA istehsalını artırır

image-728x90

Ulusal.az xəbər verir ki, Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun açıqlamasına görə, 2023-cü ildə Rusiya ordusunda istifadə edilən pilotsuz təyyarələrin sayı 17, tanklar isə 6 dəfə artırılıb. Bundan əlavə, həm artilleriya, həm də təyyarə mərmilərinin sayı 17,5 dəfə çoxaldılıb.

S.Şoyqu bildirib: “Bu, əlbəttə ki, gələcəyə inamla baxmağa imkan verir. Lakin hədəflərimizə hələ var.

2023-cü ildə Rusiya Silahlı Qüvvələrinə müqavilə əsasında 540 mindən çox hərbçi cəlb edilib. Bu, 6 diviziyadan ibarət ehtiyat ordunun yaradılmasına imkan verir. Qüvvələrimiz güclü qüvvə birliyi təşkil edən, yaxşı təlim keçmiş peşəkar birliklərdir. 2024-cü ilin əvvəlindən 50 minə yaxın şəxs müqaviləli hərbi xidmətə daxil olub və onların sayı artmaqda davam edir.

Ukrayna Silahlı Qüvvələri 2023-cü ilin yayından başlayan əks-hücum zamanı Rusiya ordusunun ilk müdafiə xəttinə belə keçə bilməyib. Müdafiə xəttinin 80 faizi mühəndislər və dəmiryol bölmələri tərəfindən tikilib”.

Qeyd edək ki, Ukrayna tərəfi Rusiyanın əks-hücuma hazırlaşarkən geniş ərazilərə çoxsaylı minalar qoymasından şikayət etmişdi. Rusiya müdafiə xəttinin minalanmış sahələrlə əhatə olunması Ukrayna əməliyyatını pozan əsas səbəblərdən biri kimi göstərilir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90