image-rt-reklam
image-rus-sulhmeramli-yenibackend

“Rusiya sülhməramlıları Qarabağdan çıxarılır” – Detallar

image-728x90

“Rusiya teliklə  Cənubi Qafqazdakı mövqelərini itiriəcək. Bu qaçılmazdır. Çünki Qərb və ABŞ Rusiyanı Cənubi Qafqazdan uzaqlaşdırmaq üçün bütün vasitələrdən istifadə edir” – Bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq hesab edir ki, Rusiya Cənubi Qafqazı tamamilə itirə bilər.

“Məqsədimiz 9 noyabr 2020-ci il bəyanatının bəndlərindən birindən istifadə edərək Rusiya hərbi kontigentini iki ildən sonra evinə yol salmaq və bununla Azərbaycan torpaqlarında separatçılığa birdəfəlik son qoymaqdır. Bu həm də strateji müttəfiqimiz Türkiyənin də məqsədidir ki, bunu Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan NATO son Vilnyus zirvə toplantısında açıq şəkildə səsləndirib. Top Rusiya prezidenti Vladimir Putinin meydanındadır, ancaq o bu məsələylə bağlı fikrini hələ söyləməyib. Kreml sahibinin mövqeyini öyrənməyin bir yolu var. Rusiya prezidenti bu ayın sonunda Türkiyəyə rəsmi səfər edəcək, Putin Ərdoğanla müxtəlif məsələləri, o cümlədən Azərbaycan-Ermənistan danışıqlarını və Zəngəzur dəhlizini müzakirə edəcək. Prezidentlər böyük ehtimalla müzakirələrin sonunda mətbuatın qarşısına çıxacaqlar. Türkiyədə bu növ toplantılarda 4 suala imkan verilir, ikisini yerli jurnalist, ikisini qonaq jurnalist verir. Yerli jurnalistlərdən birinin “Cənab Putin, Rusiya Azərbaycanın istəyi ilə iki ildən sonra Qarabağdan hərbi kontingentini çıxarmağa hazırdırmı” sualını səsləndirməsinə ehtiyacımız var.”- deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90