image-2000x150
image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoabackend

“Rusiya sülhməramlıları da anlayır ki, Qarabağdakı məsələlərdə Azərbaycanla hesablaşmalıdır” -Arzuman Muradlı

image-728x90

Rusiya sülhməramlıları iki il yarım ərzində bölgədə erməni silahlarının çıxarılması bir yana, onların qanunsuz əməllərinə ya göz yumub, ya da şəriklik edib.

Laçın yolunun girişində, Ermənistanla sərhəddə, Həkəri körpüsünün yanında Azərbaycan Dövlət Sərhəd Xidmətinin sərhəd-buraxılış məntəqəsi qurması ilə bağlı rus sülhməramlı kontingentinin komandanı Andrey Volkov azərbaycanlı rəsmilərlə danışıqlar apardığı deyilirdi. Belə bir iddianı erməni mediası tirajlamaqla məşğul idi. Bildirilib ki, vəzifəsini yaxın müddətdə tərk edəcəyinə baxmayaraq (Andrey Volkovun artıq Rusiya müdafiə nazirinin müşaviri general-polkovnik Aleksandr Lentsovla əvəzlənəcəyi haqda rəsmi mənbələrə istinadla məlumat yayılıb), Volkov azərbaycanlılar və ermənilərlə ayrı-ayrılıqda 3 gün danışıqlar aparıb. Lakin heç bir nəticə olmayıb: “Əksinə, Azərbaycan artıq Laçın yolunun girişinə “Diqqət, siz Azərbaycan Respublikasının ərazisinə daxil olursunuz” lövhəsini də qoyub”. Politoloq Arzuman Muradlı Ulusal.az– açıqlamasında bildirdi ki, ermənilərin bu saxta informasiyanı tirajlamaqda öz məqsədləri var.

“Bu erməni təbliğat maşınının yeni yalanlarıdır. Onlar bu yolla sülhməramlıları da öz son oyunlarına alət etmək istəyirlər. Ancaq indi reallıqlar dəyişib. Rusiya sülhməramlıları da anlayır ki, Qarabağdakı məsələlərdə Azərbaycanla hesablaşmalıdır” -deyə Arzuman Muradlı əlavə edib.

“Rusiyanın başı Ukraynada uzunmüdətli ağır müharibəyə qarışıb. Rəsmi Kreml Qarabağda yeni savaşın başlanmasını istəmir. Həmçinin indi Kreml anlayır ki, onların ən yaxşı və etibarlı tərəfdaşı Azərbaycandır. Məhz bu səbəbdən rus sülhməramlı kontingentinin komandanı Andrey Volkov vəzifəsindən uzaqlaşdırıldı. Rusiya anlayır ki, Qarabağda başlayacaq yeni savaş ona əlavə problem yarada bilər və Cənubi Qafqazı tamamilə itirə bilər .”. – deyə Arzuman Muradlı əlavə edib

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90